Sağlamlıq
Koronavirus haqqında bu günə qədər bilmədikləriniz: Ən çox bu saatlarda yoluxur, 10 gün sonra isə...
Yeni tip koronavirus epidemiyasında infeksiyanın yoluxma faktlarının 44%-i xəstəliyin simptomlarını göstərməyən daşıyıcılar vasitəsilə reallaşır. Yoluxmanın ən çox baş verdiyi zaman isə əlamətlərin ortaya çıxmasından 1-2 gün əvvəl olur.
Publika.az xəbər verir ki, bu iddialar “Nature Medicine” dərgisində yayımlanan çinli elm adamlarının araşdırmasında yer alıb.
Məqalədə bildirilib ki, sınaq üçün 21 yanvar-14 fevral dövründə Çinin Xuançou şəhərindəki 8 nömrəli xalq xəstəxanasına yerləşdirilən 94 xəstənin simptomların ortaya çıxdığı tarixdən etibarən 32 gün boyunca burun və ağızlarından alınan nümunələr araşdırılıb.
Araşdırmada əldə edilən nəticələr virusun genetik material miqdarının simptomların ortaya çıxdığı ilk gün ən çox olduğu, 21 gün ərzində isə miqdarın azaldığı müşahidə edilib. Bu proses infeksiyaya yoluxan şəxsin immun sisteminin müdaxilə edib simptomları ortaya çıxarmadan əvvəl virusun çoxaldığını göstərir.
İnfeksiya qaynağı və virusa yoluxduğu dəqiq olan 77 nəfərin analizi insanların virusa ən çox yoluxduğu zamanı hesablamağa imkan verib. Elm adamlarına görə, yoluxma simptomlar ortaya çıxmadan 2-3 gün əvvəl başlayır və xəstəlik özünü büruzə vermədən 0,7 gün əvvəl limitə yaxınlaşır. Virus ən çox günorta saatlarında birindən digərinə keçir.
Sürətli və kütləvi yayılmasının səbəbi
Bənzər nəticələr alman mütəxəssislərin də araşdırmasında əldə edilib. Bununla birlikdə, xəstələrin ağız və burunlarından götürülən nümunələrdə təsəvvür edilməyəcək miqdarda virus aşkarlanıb. Bunun tənəffüs yolları infeksiyası daşıyan xəstələrlə müqayisədə 1000 qat daha çox olduğu ifadə edilir. Bu durum da yeni tip koronavirusun niyə bu qədər kütləvi və sürətlə yayıldığını qismən açıqlayır.
Xəstəliyin başlanğıcından 10 gün sonra virusun yoluxuculuğu azalır
Ümidləndirici bilgilər verən araşdırmaçılar xəstəliyin başlanğıcından 10 gün sonra virusun yoluxuculuğunun azaldığını müşahidə edib. Bu isə immun sisteminin SARS-CoV-2 hüceyrələrinə qarşı ifraz etdiyi antikorlar sayəsində baş verir.
Əldə edilən nəticələrdən biri isə xəstəliyin simptomları görülən xəstələrin əlamətlərin olmadığı şəxslərə nisbətən daha çox yoluxucu olmasıdır.
Zümrüd
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı