Sağlamlıq
Koronavirus niyə sətəlcəmdən daha çox öldürür? - Amerikalı mütəxəssis bütün detalları açdı
COVID-19-un səbəb olduğu sətəlcəm vaxtında aşkar edilmir və buna görə virusa yoluxmuş şəxslərin həyatını xilas etmək mümkün olmur.
Publika.az xəbər verir ki, bunu 30 ildir süni tənəffüs aparatı mütəxəssisi işləyən Riçard Levitan “New York Times” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, koronavirusun səbəb olduğu sətəlcəm normal sətəlcəmdən daha uzun müddət simptom büruzə vermir. Buna görə erkən diaqnoz qoyulmur və xəstələrin vəziyyəti ağırlaşır: “Bəzi xəstələrin rentgen müayinələrində sətəlcəm olduğu görünür və qanda oksigen səviyyəsi aşağı olur. Buna rəğmən, bu xəstələrin tənəffüslə bağlı heç bir şikayəti olmur. Çünki koronavirus başlanğıc mərhələdə “səssiz hipoksiya” adlandırdığımız oksigen çatışmazlığına gətirib çıxarır. Buna səssiz deməyimizin səbəbi isə özünü çox gec göstərməsidir”.
R.Levitan normal sətəlcəm ilə koronavirusun fərqini belə izah edib: “Sətəlcəm insanın ağciyərlərindəki hava kisəciklərini maye və iltihabla dolduran bir infeksiyadır. Normal qaydada bu xəstəliyə yoluxan insan döş qəfəsində narahatlıq, ağrı, nəfəsalmada çətinlik hiss edir. Lakin COVID-19 sətəlcəmi başladığında xəstələrin oksigen səviyyəsi düşsə də, nəfəssiz qalmırlar. Nəfəssiz qalanda isə oksigen səviyyəsi tamamilə enmiş olur və sətəlcəm diaqnozu qoymaq üçün artıq gec olur. Normal insanın dəniz səviyyəsində oksigen miqdarı 94-100% olur. Lakin koronavirus xəstələrində bu göstərici 50%-ə qədər düşür. Çox xəstə 1 həftə qızdırma, öskürək, ürəkbulanma və yorğunluq hiss edir, amma tənəffüs çatışmazlığı ilə xəstəxanaya gəldikləri gün iş işdən keçmiş olur. Deməli, sətəlcəm günlər əvvəl başlayır, amma xəstənin bundan xəbəri olmur”.
Mütəxəssis qeyd edib ki, koronavirus ağciyərdəki “surfaktan” adlanan səthi maddəni ifraz edən hüceyrələrə hücum edir. Bu maddə hüceyrələrin nəfəsdən nəfəsə açılıb qapanmasını təmin edən həyati əhəmiyyətə sahibdir. Ağciyərə infeksiya düşəndə isə hava kisəciklərinə hücuma keçir və oksigen səviyyəsinin düşməsinə gətirib çıxarır.
Zümrüd
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər






























.png)


.jpg)




