Sağlamlıq
Ürəyi gücləndirən ən faydalı qida açıqlandı
Ürək üçün ən faydalı məhsul qozdur.
Publika.az xəbər verir ki, bu barədə Harvard Xalq Sağlamlığı Məktəbinin tibb elmləri doktoru Marta Guaş Ferre “Lavanguardia” portalına məlumat verib. Mütəxəssisin fikrincə, bu məhsulun tərkibi digər çərəzlərdən fərqli olaraq daha çox alfa-linolenik turşu ehtiva edir. “Müxtəlif araşdırmalar qozun lipid profilini yaxşılaşdıraraq ürək xəstəliklərindən qoruya biləcəyini göstərib”, - deyə ekspert əlavə edib.

Bundan əlavə, mütəxəssis məhsulun antioksidant və iltihab əleyhinə xüsusiyyətlərini də vurğulayıb.
Bundan əvvəl Yunanıstanın Arokopio Universitetinin alimləri tərkibində D vitamini olan qidaların ürəyə qoruyucu təsir göstərə biləcəyini bildirmişdi. D vitamini çatışmazlığı kişilərin 12-24, qadınların isə 10-14 faizində ürək-damar hadisələri (infarkt və insult) yaradır.
Aytən Məftun
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































