Sağlamlıq
Tanınmış həkim “allergiya heç vaxt sağalmır” mifini dağıtdı - MÜSAHİBƏ
“Allergiyaya səthi yanaşılması, müalicə taktikasının və dərmanların düzgün təyin olunmaması “heç vaxt sağalmır” düşüncəsinə səbəb olur”.
Bunu Publika.az-a müsahibəsində allerqoloq-immunoloq Aysel Mehdiyeva bildirib.
Müsahibəni təqdim edirik:
- Allergiya nədir və necə yaranır?
- Allergiya hər hansı yad faktora qarşı immun sisteminin qeyri-düzgün cavabıdır. Belə ki, bu cavab nəticəsində orqanizmdə olan tosqun hüceyrələr deqranulyasiyaya uğrayaraq partlayır və onun içərisindən çıxan bəzi mediatorlar orqanizmdə allergik reaksiyalar yaradır. Buna bədəndə qaşınmalar, səpkilər, şişkinlik, asqırma, burun tutqunluğu, gözlərdə qaşınma və bronxial astmanı nümunə deyə bilərik. Allergiya ümumiyyətlə irsidir. Məsələn, bronxial astma, allergik rinit, atopik dermatit olan uşaqların irsində və valideynlərində bronxial astma, yaxud allergik reaksiyaların olduğunu müşahidə edirik. Ümumən insanlar ömürlərində bir-iki dəfə allergik reaksiyalar – məsələn, övrə keçirirlər. Ancaq bu, həmişə irsi olmur. Müəyyən qism qidaların tərkibində histamin var. Bəzi qidalar da var ki, onların tərkibində histamini parçalayan, fermentləri blok edən maddələr mövcuddur. Biz həmin qidalardan çox istifadə etdikdə, bədəndə histamin toplanır və bu zaman xəstələrdə allergik reaksiya baş verə bilir. Məsələn, yumurta yeyən xəstədə allergik reaksiya baş vermirsə, üç yumurta yedikdə, allergik reaksiya mümkündür.
Yumurta, fıstıq, balıq, soya, sitrus meyvələri, apelsin, mandarin histaminli qidalar sayılırlar. Histamini parçalayan, fermentləri blok edən maddələrin siyahısına konservantlar aiddir. Konservantların tərkibində olan rəngləndirici, dadlandırıcı maddələr histamini parçalayan fermenti blok edir. Bu da bədəndə allergik reaksiyalara səbəb olur.
- Hansı allergiya növlərinə daha çox rast gəlinir?
- Yaz və payız aylarında küləklə tozlanan, çiçək polienlərinə qarşı olan allergiyalar burunda qaşınma, asqırma, sulanma, gözlərdə qızartı, qaşınma, qulaq və damaqda qaşınma, bronxial astma, dərinin görünən və hava ilə təmas olan hissələrində - üzdə, boyunda, əllərdə, ayaqlarda qaşınan xırda səpkilər şəklində özünü büruzə verə bilir. Yay aylarına doğru səngiməsi isə çiçək polienlərin azalması və tozlanmanın bitməsi ilə əlaqəlidir. Payız aylarında tozlanan çiçəklərə xəstələr reaksiya verirlərsə, bu, sentyabr və oktyabr aylarında da özünü təkrarlaya bilər.
- Rast gəlinmə tezliyi uşaqlar və böyüklər arasında nə yerdədir?
- Ümumən baxsaq, allergiyaya rast gəlinmə tezliyi demək olar ki, eynidir. Lakin allergiyaya qarşı olan münasibət böyüklər və uşaqlar arasında fərqlənir. Belə ki, uşaqlarda daha çox qida allergiyalarına rast gəlinir. Yəni kiçik yaşlı uşaqlar südə, yumurtaya qarşı allergiya verirlərsə, zaman ötdükcə, tənəffüs allergenlərinə allergiya vermə ehtimalları çoxalır. Bəzən qida allergenlərinə reaksiya azalır və yerini tənəffüs allergenləri tutur. Böyüklər isə ən çox tənəffüs allergenlərinə reaksiya verir. Ancaq bununla bərabər böyüklərdə də qida allergiyaları kifayət qədər müşahidə olunur. Xəstələrdə allergiyanın formalaşmasında dərmanların da çox böyük rolu var. Uşaqlara nisbətən dərman allergiyalarını biz daha çox böyüklərdə görürük.
- Allergiyanın tam müalicəsi mümkündürmü?
- Ümumən orqanizmdə baş verən hər hansı xəstəliyin müalicəsində həkim tərəfindən uzunmüddətli remisiya alınır. Allergiya da o xəstəliklər siyahısına aiddir ki, müalicə zamanı biz remisiya alırıq. Məsələn, endokrinoloji, qastroenteroloji, kardioloji problemi olan xəstə ömür boyu dərman qəbul edir. Özündə bu xəstəlikləri daşıyan insanlar ömür boyu dərman qəbul etsələr də, cəmiyyət tərəfindən onlara “heç vaxt sağalmır” düşüncəsi ilə yanaşılmır. Allergiya xəstəliyi olan şəxslərdə isə bu düşüncə hökm sürür. Bunun da səbəbi əvvəllər allergiyaya səthi yanaşılması, müalicə taktikasının və dərmanların düzgün təyin olunmamasıdır. Bundan başqa, müayinələrin düzgün aparılmaması və allergenin düzgün tapılmaması xəstələrdə belə bir fikir yaradıb. Lakin bütün xəstəliklər kimi həkimlər tərəfindən düzgün müalicə olunduqda, allergiyada da uzunmüddətli remisiya almaq olar. Hazırda allergiyanın müalicəsi üçün çox müasir preparatlar mövcuddur. Bu preparatlar vasitəsilə digər xəstəliklərdə olduğu kimi allergiyada da uzunmüddətli remisiya ala bilirik.
Məhərrəm Əliyev
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...