Sağlamlıq
Harvard alimləri müəyyənləşdirdi - Hansı duyğu bizi pis vərdişlərə sövq edir?
Harvard tədqiqatçılarından ibarət qrup aşkar edib ki, kədər pis vərdişlərə səbəb olur. Nə qəzəb, nə də stress, hirs, kədərdən fərqli olaraq nikotinə və ya alkoqoldan asılılığın aydın şəkildə meydana gəlməsinə səbəb olmur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər bu barədə dörd araşdırma aparıb. Hər dörd halda tədqiqatçılar siqaret çəkənləri və onların emosional vəziyyətini müşahidə edib.
20 il ərzində on mindən çox insanın qatıldığı sorğu göstərib ki, kədər hissi hətta siqareti tərgidən insanları yenidən pis vərdişlərə və siqaretə qayıtmağa sövq edib. Pis vərdişlər ruh düşkünlüyü yaşayan insanları daha çox yaxalayır.
İkinci təcrübədə elm adamları kədərin siqaret çəkməyə məcbur edib-etmədiyini və ya bunun sadəcə təsadüf olduğunu yoxlamağa qərar verib. 425 könüllünün üçdə birinə yaxınlarını itirən insanların videoları göstərilib.

Digər qrupa ağac emalı ilə bağlı neytral klip izlətdirilib. Son qrupa çirkli tualet haqqında xoşagəlməz video göstərilib. İştirakçıların davranışlarını və duyğularını təhlil etdikdən sonra elm adamları belə bir nəticəyə gəlib: ilk klipi izləyənlərin digərlərindən daha çox siqaret çəkmə ehtimalı xüsusilə yüksəkdir.
Üçüncü tədqiqat ikincisi ilə oxşar olub, yalnız bu dəfə alimlər könüllülərin ifadələrinə etibar etməyib, müstəqil olaraq videoya baxarkən iştirakçıların siqaret çəkmək istəyinin nə dərəcədə olduğunu ölçüb. Yenə kədərlənənlər daha səbirsiz davranışlar sərgiləyib.
Son tədqiqatda alimlər qəmə batan insanların nə qədər tez-tez və nə qədər siqaret çəkdiyini hesablamağa qərar verib. Xüsusi cihazdan istifadə edərək araşdırmaçılar kötüyün sayını və siqaret çəkmə müddətini izləyib. Könüllülərə səkkiz saat siqaret çəkməmək tapşırılıb, sonra onlar iki qrupa bölünüb və kədərli video nümayiş etdirilib. Videoya baxdıqdan sonra iştirakçılar yaxınlarını itirməyin ağrısı və ya iş yerindəki vəziyyət haqqında kiçik mətnlər yazıb. Məlum olub ki, kədərli xatirələri yada salan insanlar daha aktiv siqaret çəkməyə meyllidir.
Aytən Məftun
-
Region08:00Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər
-
Səhiyyə07:30Bu dərmanlar döş xərçəngi riskini azaldır
-
Magazin106:16Röya Ayxan oğlunu tez evləndirmək istəyir
-
Magazin103:13Tacir qalmaqallı görüntüsündən danışdı: - “Baldırım açıq deyildi"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli qalan məqamlar üzə çıxa bilər
-
Sağlamlıq2 İyun 23:00Naringi yeyərkən yol verdiyimiz böyük səhv - Mütəxəssis açıqladı
-
Nəqliyyat2 İyun 22:48İctimai nəqliyyat ödənişlərində YENİLİK
-
Magazin22 İyun 22:36Dua Lipanın toy geyimindəki detal pərəstişkarlarını çaşdırdı - FOTO







.jpg)


















.webp)










