Sağlamlıq
Ağcaqanad tez-tez sancırsa, bunları edin - TƏBİİ ÜSULLAR
Malyariya xəstəliyinin yayılmasında ağcaqanadlar əsas rol oynayır. Ölkəmizin dağlıq rayonlarından başqa qalan əhalisinin 7 milyonu risk altındadır, ona görə də ağcaqanadlarla mübarizə öz aktuallığını itirməyib.
Publika.az xəbər verir ki, qorxulu təkcə onların sancmaları deyil, yaydığı infeksiyalardır. Ağcaqanadın 4 mindən artıq növü olsa da, onlardan yalnız ikisi-kuleks və edes növü narahatlıq yaradır. Kulekslərə daha çox evlərin zirzəmilərində rast gəlmək olur, edeslər isə küçə ağcaqanadlarıdır və bayırdan evə daxil olurlar.
Malyariya törədiciləri hamilə qadınları və dəriləri nazik olduğuna görə uşaqları daha çox sancırlar. Həşəratlar sarışınlara da meyl edir, ancaq sarı rəngi sevmir, tünd rəngdə paltar geyinənlərə hücum edirlər.
Ağcaqanadlardan qorunmaq üçün müəyyən yollar var. İlk növbədə, nəzərə almaq lazımdır ki, ağcaqanadlar mixək, reyhan, pişikotu, acı yovşanotu, ayrıqotu kökünün dəmləməsini, evkalipt və cirə ətrini, sidr şamının yağını xoşlamır, tütün qoxusundan uzaq qaçırlar.
5 qram mixək 1 stəkan suda 15 dəqiqə qaynadılır, soyuyandan sonra alınmış mayedən 10 damcı istənilən ətirə əlavə edilərək qarışdırılır və alınan məhlulun bədənə sürtülməsi 2 saat öz təsirini qoruyub saxlayır.
İsitqaçın içinə qaynar su tökülərək ağzı bağlanılır, üzərinə 100 qram kamfora spirti əlavə edilərək buxarlandırılır.
Samovar qalamaq üçün odun kimi şam və ya küknar ağacından istifadə edilməsi məsləhətdir, ocağa ardıc qozaları da atmaq olar.
Meşəyə gedərkən bədənin açıq yerlərinə balıq yağı sürtmək məsləhətdir.
Ağcaqanad sancdığı yerə nanə və ya toyuq əti qoyanda qaşınma azalır. Həşəratın sancdığı yerin şişməməsi üçün 1 stəkan suda yarım çay qaşığı çay sodası həll edilərək həmin nahiyələr silinir. Naşatır spirti və kalium-permanqanat məhlulundan da istifadə etmək olar.
Təzə sarımsaq, zeytun yağı, duz və sirkə, kömür və sirkə qarışıqları da yaxşı vasitədir.
Bir qədər əzilib yumşaldılmış bağayarpağı, cəfəri və nanə qaşıntını götürür. Dişləmə olan nahiyələrə təzə maye qoyularaq hər saatdan bir dəyişdirilir. Onu əzilmiş sarımsaqla da əvəz etmək olar.
Sancılan yer şişərək qaşınma verdikdə həşəratın zəhərini çıxarmaq üçün həmin nahiyəyə heyva şirəsi sürtülür.
-
Hadisə20:48Minaya düşən traktorçunun vəziyyəti açıqlandı - Yeniləndi
-
Region20:36Ankarada mədəndə uçqun: 1 nəfər öldü, çox sayda yaralı var
-
Dünya19:405 ölü, 91 yaralı var - Zelenski Rusiyanın bu zərbəsini terror aktı adlandırdı
-
ABŞ17:02ABŞ-İsrail ittifaqında çatlar: Tramp Netanyahudan üz döndərir?
-
Rəsmi xronika15:56Prezident fərman imzaladı
-
ABŞ15:54İran ABŞ-ın ən həssas nöqtəsini hədəfə aldı - Siyahıda nəhəng şirkətlər var
-
Rəsmi xronika13:49Özbəkistanlıların Azərbaycana axını: Prezident rəqəmləri açıqladı
-
Yaxın Şərq13:26İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma

































