Sağlamlıq
Koronavirusu məhv edən robot ixtira edildi - Cəmi yarım saata...
Bəhreynli alimlər koronavirusu məhv edə biləcək robot yaradıb.
Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, COVID-19-dan əlavə olaraq, ixtira otaqdakı digər mikroorqanizmləri “öldürməyə” qadirdir.
Robotun 12 dildə danışacağı, bədən istiliyini ölçəcəyi, səs əmrlərinə cavab verə biləcəyi, hətta üz tanıma texnologiyasından istifadə edəcəyi bildirilir.
Virus robotdan yayılan qısadalğalı ultrabənövşəyi radiasiyadan təsirlənir. Cəmi yarım saat ərzində bütün mikroorqanizmlərin 90%-ni “öldürə” bilir, membranını məhv edir və DNT-nin parçalanmasına səbəb olur.
Şərqi İngiltərə Universitetinin professoru Pol Hunterin sözlərinə görə, ultrabənövşəyi işığın viruslarla effektiv mübarizə aparması artıq yeni xəbər deyil. Onun istifadəsi, məsələn, içməli suyun dezinfeksiya edilməsində də geniş istifadə olunur.
Hazırda alimlər robotu sənaye şəraitində sınaqdan keçirirlər. Artıq iki nümunənin sərbəst buraxıldığı və Bəhreyndəki tibb müəssisələrində çalışdığı qeyd olunur.
Aytən Məftun
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)


.jpg)
















