Məşhur alim VACİB MƏQAMLARI açıqladı - Tələsik hazırlanmış peyvəndi vurdurmağa dəyərmi?
Bizi izləyin

Sağlamlıq

Məşhur alim VACİB MƏQAMLARI açıqladı - Tələsik hazırlanmış peyvəndi vurdurmağa dəyərmi?

Dərman istehsalçıları bir-birinin ardınca könüllülər üzərində aparılan kliniki sınaqların uğurla başa çatdığını bildirir. Göründüyü kimi, tezliklə onlardan bir neçəsinə sahib olacağıq - ÜST doqquzunu ümidverici adlandırıb, lakin siyahı bununla məhdudlaşmır.

Bununla birlikdə, skeptikləri peyvəndlərin təhlükəsizliyi ciddi düşündürür. İnsanlar haqlı olaraq klinik sınaqlardan bir neçə ay və ya hətta il sonra dərmanın tətbiqi ilə bağlı mənfi nəticələrin olub-olmadığını öyrənməyə çalışırlar. Bu da lazımsız bir tədbir deyil - tarixdə tələsik hazırlanmış peyvəndlərin xəstələrdə ciddi fəsadlar yaratdığı sirr deyil. Odur ki, COVID-19 əleyhinə kütləvi peyvəndin tezliklə başlaya biləcəyi xəbəri vətəndaşları narahat edir. Ən sürətli nümunələrin inkişaf və tədqiqinin cəmi bir neçə ay çəkdiyini nəzərə alsaq, koronavirusun fəsadlarından daha çox kifayət qədər öyrənilməmiş peyvəndin riskləri qorxu yaradır.

Publika.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Mərkəzi Federal Dairəsi üzrə baş sərbəst pulmonoloqu Andrey Malyavin əmindir ki, təhlükəsizlik tələblərinə əməl ediləcək.

“Bu, Səhiyyə Nazirliyinin mövqeyidir və müvafiq göstəricilərdən narahat olmağa ehtiyac yoxdur. Ancaq başqa bir nüans var: Anlamalısınız ki, 100% effektiv peyvənd yaxın aylarda istehsal olunmayacaq. Yəni hər kəsin infeksiyadan 100 faiz qorunmasına zəmanət verilən bir preparatın istehsal olunmasını gözləmək əbəsdir. Və bu, indi müxtəlif platformalarda peyvəndlər hazırlayan elm adamlarının qüsuru deyil. SARS-CoV-2-nin olduqca sürətlə mutasiya edən virus olmasının nəticəsidir. Bəzi antigenləri daim dəyişir. İlk cəhddən virusun bütün boşluqlarını bağlayacaq peyvənd etmək sadəcə mümkün deyil. Ancaq digər tərəfdən, antigenlərin yalnız bir hissəsi dəyişir və əsası qalır - buna görə peyvəndin ümumiyyətlə işləməyəcəyinə dair qorxular əsassızdır. Çox güman ki, yüksək keyfiyyətli peyvənd bir neçə ildən sonra ortaya çıxacaq”, - ekspert proqnozlaşdırır.

Məsələn, papillomavirus peyvəndi təxminən 10 ildən sonra yekunlaşdırılırdı. Eynilə hepatit B peyvəndi kimi. Buna baxmayaraq, Andrey Malyavin hesab edir ki, hətta koronavirusa qarşı hazırlanmış peyvəndi vurdurmağa dəyər:

“Bütün hallarda kifayət qədər yüksək səviyyədə inkişaf etdiriləcək, çünki hazırlanmasına çox səy sərf olunur. İndi elmin inkişafı reallıqda uzun təcrübələrə müraciət etmədən bir çox prosesi riyazi olaraq simulyasiya etməyə imkan verir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm