Sağlamlıq
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
ÜST-dən verilən məlumata görə, koronavirus peyvəndi üçün universal çıxış yolunu təmin etmək məqsədilə 100 milyard dollardan çox vəsait tələb olunur.
Publika.az xəbər verir ki, bu gün Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun iştirakı ilə brifinq keçirilib. O bildirib ki, dünya əhalisini peyvəndlə təmin etmək üçün qət etməli uzun yol var, bunun üçün çox pul lazımdır:
“ÜST tələb olunan milyardlarla dolları maliyyələşdirmə yolunun 10%-ni keçib. Təkcə peyvəndlər üçün 100 milyard dollardan çox vəsait lazımdır. Bu, bütün ölkələr üçün peyvəndin istehsal xərclərini ödəməyə kifayət qədər böyük məbləğdir. Dünya əhalisi isə 7,7 milyard nəfərdən çoxdur. Biz artıq peyvənd tapılması istiqamətində yaşıl cücərtiləri görürük”.
Qeyd edək ki, artıq ən varlı ölkələr peyvənd üçün “sıraya düzülüb”, böyük miqdarda sifarişlər verilib. ABŞ, İngiltərə, Almaniya və digər ölkələrin peyvənd hazır olarsa, onların böyük hissəsini alacağı ilə bağlı iddialar səslənir. Xatırladaq ki, “Donuz qripi” pandemiyası zamanı da oxşar hal olmuşdu.
Aytən Məftun
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO




































