Sağlamlıq
Professordan KORONAVİRUS XƏBƏRDARLIĞI: “2 yaşa qədər uşaqlar...”
Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsinin üzvü, professor Ateş Kara iki yaşdan kiçik uşaqların maska taxmasına qarşı çıxıb.
Publika.az xəbər verir ki, professor 12 yaşdan yuxarı uşaqların maska taxmalı olduğunu bildirib.
“2 yaşa qədər uşaqlara maska taxılmamalıdır. Uşaq arabalarına örtük sərmək daha doğrudur. Buna səbəb uşaqlarda tənəffüs yolları sisteminin tam inkişaf etməməsidir. Biz həm burundan, həm də ağızdan nəfəs alıb-veririk. Körpələrdə isə ağız və burundan nəfəs alıb-vermək sistemi tam inkişaf etməyib. Ya burunlarından, ya da ağızlarından nəfəs alırlar. Odur ki, 2 yaşa qədər uşaqlarda maskanın istifadəsi təhlükəlidir. Körpələri qorumağın bir yolu var, o da onlara yaxınlaşdığımız zaman maska taxmalıyıq.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da 5 yaşadək uşaqlarda maska istifadəsinə diqqət yetirilməli olduğunu, 12 yaşdan yuxarı olanlarınsa mütləq maska taxmalı olduğunu açıqlayıb. 15 yaşdan yuxarı olanlarda xəstəlik yetkinlərdəki kimi inkişaf etdiyi üçün bu yaş qrupu xüsusilə diqqətli davranmalıdır”, - A.Kara açıqlamasında qeyd edib.
Aytən Məftun
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
























.png)












