Sağlamlıq
Məşhur həkimdən koronavirus xəbərdarlığı: bu maskaların virusdan qoruyuculuq qabiliyyəti yoxdur
İnsanların böyük əksəriyyəti maska rejiminə riayət etmir, həm də parça maskalardan istifadə edirlər. Lakin bilməlidirlər ki, parça maskaların virusdan qoruyuculuq qabiliyyəti yoxdur. Ya cərrahi, ya N95, ya da FFP1 maskalardan istifadə olunmalıdır.
Bu sözləri Publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nərimanlı deyib. O bildirib ki, son günlərdə Azərbaycanda yoluxma sayının kəskin artmasının əsas səbəbi əhalinin adi profilaktik tədbirlərə əməl etməməsi ilə bağlıdır.
“Pandemiyanın başlanğıcındada əhali maska taxmır, eyni zamanda karantin qaydalarına o qədər də riayət etmirdi. Yoluxma sayı artdıqdan, qohumlar, tanışlar və ailə üzvləri arasında kimsə bu xəstəlikdən tələf olandan sonra əhali bütün tədbirlərə ciddi yanaşmağa başladı. Tədricən xəstəliyin sayı azalmağa başladı, hamı elə fikirləşdi ki, virusun yoluxuculuğu artıq zəifləyib. Amma əsas yanlışlıq da buradan başladı və xəstəlik yenidən geri qayıtdı.
Məktəbin açılması da virusun yayılmasına ciddi şəkildə təsir göstərən amillərdən biridir. Uşaqlarda COVID-19 infeksiyası qripdən də yüngül keçir, odur ki, ətraf-mühit uşaqları xəstə kimi qəbul etmir. Lakin onlar daşıyıcı rol oynadığı üçün virusun sürətlə yayılmasına səbəb olurlar”.
Həkimin sözlərinə görə, koronovirus xəstəliyinin müalicə protokolları pandemiya başlayandan bəri dəyişməyə davam edir:
“İstər dərman preparatlarının istifadəsində, istərsə də xəstəliyin gedişində və müalicə protokollarında dəyişikliklər olduqca çoxdur. Məsələn, birinci protokollarda göstərilən “Kaletra” preparatının effektiv olmaması sübut olundu. Ümumdünya Səhiyyə Təşkilatının dünən və bu gün yaydığı açıqlamada isə göstərilib ki, “Remdesivir” ölüm səviyyəsinin azalmasına təsir göstərmir və süni nəfəs aparatlarına qoşulan xəstələrin sayını azaltmır. Effektiv dərman kimi hələlik “Arbidol” və “Favipiravir”in üzərində dayanırlar. Maye və sistem köçürülməsi haqqında da müəyyən fikirlər irəli sürülür. Ekspertlərin sözlərinə görə, sistem köçürdükdə ağırlaşamalara səbəb olur və iltihab sahəsini artırır. Odur ki, COVID xəstəliyinin müalicəsində sistemdən istifadə düzgün deyil”.
Aytən Məftun
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video































.png)


.jpg)



