Sağlamlıq
Aydın Əliyevdən SOS - Reanimasiyalarda yer yoxdur
“Sadəcə dəhşətdir! Ölkədə koronavirus xəstəliyi tüğyan edir! Nə qədər deyirsən, nə qədər təbliğat aparırsan, nə qədər maarifləndirirsən, yenə də xeyri yoxdur sanki. Küçələrdə, marketlərdə, qapalı obyektlərdə nə qədər maska geyinməyən, ara məsafəsi gözləməyən, əl ilə hətta öpüşüb görüşən, açıq-aşkar xəstəlik əlamətləri ilə cəmiyyət arasında gəzən insanlar görürük”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, sosial məsuliyyətini dərk etməyən, özünün və digərlərinin sağlamlığını düşünməyən insanlar çox ciddi cəzalandırılmalıdır:
“Maska geyin, maskanı qaydasında taxın! Ara məsafəsi saxlayın! Əllə görüşməyin! Öpüşməyin! Xəstə halda insanlar arasına çıxmayın!
50-dən çox həkim, 100-lərlə tibb işçisi ölüb koronavirusdan! Reanimasiyalarda yer yoxdur artıq xəstə əlindən! Nə qədər şəkərli diabet, ürək-damar, xərçəng xəstəliyi olan yoluxmuş, xəstəliyi ağır keçirən insanlar var! Nə qədər böyrək, qaraciyər transplantasiyası edilən immun sistemi zəifləmiş insanlar var. Onları düşünək heç olmasa! Ən sadə qaydalara əməl etməməyin- qapalı yerlərdə maska geyinməməyin, ara məsafəsi gözləməməyin, xəstə-xəstə insanlar arasında gəzib onları yoluxdurmağın adı nədir? Bu, öz xalqına, millətinə qarşı xəyanətdir! Bunun başqa adı yoxdur!”
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)



















.jpg)

.jpg)