Sağlamlıq
Koronavirus tibb işçisini görün nə hala saldı - FOTO
San Fransiskodan olan 43 yaşlı tibb işçisi Mayk Şulç altı həftəlik koronavirus infeksiyasının bədənini necə dəyişdirdiyini əks etdirən foto paylaşıb.
Publika.az xəbər verir ki, tibb qardaşının İnstaqramda paylaşdığı foto qısa müddətdə sosial şəbəkələrdə gündəm olub.
“Xəstəliyin bədənə nə qədər pis təsir etdiyini göstərmək istədim. Sətəlcəm səbəbindən ağciyərlərimin həcmi azaldı. Ancaq hər gün güclənirəm. Əvvəlki formaya qayıdacağam, bəlkə kardio müayinə də edə biləcəyəm”, - o, paylaşımında qeyd edib.
Öskürməyə başlayan Maykın tədricən hərarəti də yüksəlib. Nəfəs almaqda çətinlik çəkəndə o, xəstəxanaya yerləşdirilib və 4,5 həftə mexaniki ventilyasiyaya qoşulub. Əvvəllər demək olar ki, hər gün məşq edən amerikalı tibb işçisi xəstəlik zamanı 22 kq arıqlayıb.
“Vəziyyətim yaxşılaşandan sonra özümü tanımadım. Güzgüyə baxanda göz yaşlarımı boğdum. Əlbəttə ki, xəstəxanada bu qədər vaxt keçirdiyimi bilmək məni şoka saldı”, - o, yekunda bildirib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)



















.jpg)

.jpg)