Sağlamlıq
Yeni ildə bu dərmanlara ehtiyacınız ola bilər - MƏSLƏHƏT
Bir ildir dünyanı cənginə almış koronavirus, az qala, digər xəstəlikləri bizə unutdursa da, bayramqabağı sağlamlıqla bağlı yaşana biləcək başqa problemlər də yada düşür.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, terapevt Lyudmila Lapa Yeni ildə evinizdəki təcili yarım çantasından bəzi dərmanları əskik etməməyi məsləhət görür.
Onun sözlərinə görə, Yeni il gecəsi tibbi çantada mütləq aspirin və sorbent preparatları olmalıdır.
"Nəzərə alsaq ki, Yeni il bayramında çox yeyib-içirik, sonradan baş verə biləcək intoksikasiya hallarının qarşısını almaq üçün sorbent preparatları (aktiv kömür və s.) qəbul etmək olar", - deyə həkim RT-yə müsahibəsində bildirib.
Mütəxəssis, həmçinin xatırladıb ki, yeməkdən həddən artıq istifadə qanın qatılığını artıraraq qaraciyərin yüklənməsinə səbəb olur. Odur ki, bayram günlərində əlimizin altında aspirin kimi qanı duruldan tibbi vasitələrin olmasında fayda var.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































