Sağlamlıq
Prezidentin həkimi ŞOK NÜANSLARI AÇDI: Koronavirusa daha çox kişilər niyə yoluxur?
Koronavirusa daha çox kişilər yoluxur, daha ağır keçir və daha çox ölümə səbəb olur.
Publika.az xəbər verir ki, bunu uzun illər Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəlin özəl həkimi işləyən daxili xəstəliklər üzrə mütəxəssis, professor və yazıçı Osman Müftüoğlu deyib.
Professor bildirib ki, COVID-19 xəstəliyinin uzun forması qəbul edilən “Long COVID-19” kişilərdə daha çox rast gəlinir.
O.Müftüoğlu bunun səbəblərini belə izah edib: “Sadəcə real vəziyyət deyil, statistika da bu informasiyanı təsdiq edir. Bəzi ehtimal faktorlardan söhbət gedir. Kişilərin qadınlara nisbətən daha yüksək risk daşımasının müxtəlif səbəbləri var. Birincisi, immun sisteminin qadınlarda daha güclü olmasıdır. Mütəxəssislər bu müxtəlifliyi estrogen hormonu və qadınların immun sistemi ilə bağlı genetik kodları daşıyan 2 X xromosomunu birlikdə daşımaları ilə əlaqələndirir. Bundan əlavə, qadınlar gigiyenik qaydalara kişilərə nisbətdə daha yaxşı əməl edir. Ümumilikdə, qadınlar sağlamlıqlarına daha çox diqqət yetirməyə çalışır. Digər tərəfdən, xəstəliyi ağırlaşdıran diabet, hipertoniya, qida borusu xərçəngi kimi xroniki xəstəliklərə kişilərdə daha çox rast gəlinir. Fikrimcə, kişilər maska taxmaq və sosial məsafə qaydalarına riayət etmək kimi tədbirlərə uyğunlaşmaqda daha çox çətinlik çəkir. Bu da effektiv bir faktor ola bilər”.
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































