Sağlamlıq
Onurğa sütununun “zəmanət müddəti” bu yaşda bitir
Onurğa sütununun “zəmanət müddəti” təxminən 35 yaşda bitir.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Əməkdar həkimi, terapevt Andrey Kabıçkin məlumat verib. O qeyd edib ki, bu yaşda onurğada müxtəlif problemlər ortaya çıxır. Onurğa sağlamlığını qorumağın yollarından söz açan həkim bildirib ki, statistikalara görə, 35 yaşdan sonra birləşdirici toxuma, fəqərəarası disklər və onurğanın digər strukturlarının qocalması başlayır:
“Gənc yaşda insanlar daha uzunboylu olurlar və yaşa dolduqca boyları dörd santimetrə qədər aşağı düşə bilir. İntervertebral disklər sallanmağa başlayır. Hər şey qocalma mexanizmləri və hər hansı hüceyrənin suyu saxlaya bilmə qabiliyyəti ilə əlaqəlidir.
Odur ki, onurğa probleminin ilk əlamətlərinə laqeyd yanaşaq olmaz. Hətta gənc yaşda görünən və zamanla öz-özünə gedən ağrıları da görməzlikdən gəlməyin. Gənc yaşda bu, öz-özünə və ya evdə müalicə vasitələrinin köməyi ilə ortadan qalxır. Ancaq xəstəlik inkişaf etməyə davam edir və “onurğanın ömrü” azalmağa başlayır. Buna görə də xəstəliyin erkən mərhələsində mütəxəssisə müraciət etmək vacibdir”.
Qamətlə bağlı bəzi tövsiyələr verən həkim əlavə edib ki, xüsusilə kompüterdə işləyərkən düzgün vəziyyətdə oturmağa çalışmaq lazımdır:
“Düzgün pozada oturmalısınız. Kompüter gözlərin bərabərliyində və maksimum 1 metr uzaqlıqda olmalıdır. O halda ağırlıq mərkəzi dəyişdirilmir. Vacibdir ki, asılı vəziyyətdə olmaması üçün “mausu” idarə edən əlin dirsəyi stulun dayağında sabitlənsin.
Düzgün yatmaq da vacibdir, ortopedik döşək daha idealdır. Yoxdursa, hündür yastığı olan adi sərt yataq yaxşıdır, beləliklə yuxu zamanı bel yüklənmiş vəziyyətdə qalacaq”.
Kabıçkin həkimə müraciət etmədən ağır idman növləri ilə məşğul olmamağı tövsiyə edib:
“Fiziki aktivliyin də optimallaşdırılması lazımdır. Bunun üçün həkimlə məsləhətləşmək daha yaxşıdır. Fitnes salonlarında məşqçilər də köməkçi ola bilər. Ancaq heç bir halda ağır məşqlər etməyin”.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





