Sağlamlıq
Bu formul ömrü uzadır
Meyvə və tərəvəzə əsaslanan pəhrizin sağlam həyata töhfə verdiyi məlumdur. Ancaq bununla birlikdə, onların istehlak miqdarı mübahisəlidir.
Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-da aparılan araşdırma bilinməyənlərə aydınlıq gətirib.
Araşdırmaya görə, gündə 3 porsiya tərəvəz və 2 porsiya meyvə istehlakının ömrü uzatdığı məlum olub.

Bəs, hansı meyvə-tərəvəz və nə qədər istehlak edilməlidir? ABŞ-da aparılan tədqiqatda bu suala cavab tapılıb və "3 + 2 formulu" ortaya çıxıb. Formula görə, gündə 3 porsiya tərəvəz və 2 porsiya meyvə istehlak etmək insan ömrünü uzadır.
Harvard Universitetinin Tibb fakültəsi 30 il ərzində 30 ölkədən 2 milyon insanın sağlamlıq məlumatlarını araşdırıb və nəhayət, fərqli miqdarda tərəvəz və meyvə istehlak edənlərin sağlamlıq məlumatlarını müqayisə edərək belə qənaətə gəliblər.
Sözügedən formul ilə qidalananlar üçün vaxtından əvvəl ölüm riski 13% azalır. Ürək xəstəliyi səbəbindən ölüm riski 12, xərçəng xəstəliyinə tutulma riski isə 10% aşağı düşür. Bir çox tənəffüs yolu xəstəlikləri səbəbilə itkilərdəki azalma da 35% olaraq qeyd edilib.

"3 + 2 formulu"nun onurğa sütunu yaşıl yarpaqlı tərəvəzlər, beta karoten və tərkibində C vitamini olan meyvələrdir. İspanaq, kahı, kələm, sitrus meyvələri və yerkökü ön sıradadır.
Mütəxəssislərin fikrincə, bütün meyvə və tərəvəzlər eyni dərəcədə təsirli olmur. Kartof, noxud kimi nişastalı tərəvəzlər və meyvə şirələri uzunömürlü olmağa kömək etmir.
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın





















.jpg)

















