Sağlamlıq
Yeni COVID-19 növü AŞKARLANDI: bu heyvanlar... - DƏHŞƏTLİ TƏDQİQAT
Araşdırmaya görə, ilk dəfə 2017-2018-ci illərdə rast gəlinən və sətəlcəm xəstəliyinə səbəb olan, itlərdən insana keçdiyi bildirilən yeni koronavirus növünün aşkar edildiyi elan edilib.
Publika.az xəbər verir ki, yeni kəşf edilmiş virus növünün patogen (xəstəlik yaradan) kimi təsdiqlənəcəyi təqdirdə, COVID-19-dan sonra 8-ci koronavirus növü kimi tibb ədəbiyyatına keçəcəyi qeyd edilib.
Malayziyanın Saravak əyalətində araşdırma aparan elm adamları 301 xəstədən götürülmüş nümunələr əsasında bu qənaətə gəliblər. Nəticələrə görə, əsasən 5 yaşadək uşaqlarda olmaqla, ümumilikdə 8 nəfərdə itlərdə rast gəlinən koronavirus növü aşkar edilib.
Virusun genomik ardıcıllığı araşdırıldıqda pişiklərdə və donuzlarda da oxşar əlamətlər görüldüyü, ancaq itlərdə “CCoV-HuPn-2018” adlı yeni koronavirus növü olduğu vurğulanıb.
Mütəxəssislər yeni virusun heyvanlardan insana keçən yeni növ koronavirus olduğunu və insandan insana keçib-keçmədiyini müəyyənləşdirmək üçün daha çox araşdırma aparmağın lazım olduğunu qeyd ediblər.
Bu növ virusun SARS-CoV-2 olaraq da bilinən COVID-19 növü kimi mutasiya xüsusiyyətlərinə sahib olduğu bildirilir. Məlumata görə, “CCoV-HuPn-2018” adlanan yeni koronavirus növünün hava yolu ilə yayılması mümkündür.
Akqabay
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


