Sağlamlıq
2 fərqli peyvəndin istifadəsi effekt verir?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə bir vaksinin iki dozasının vurulmasını tövsiyə edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST-nin İmmunitetləşdirmə Departamentinin rəhbəri Keyt O'Brayenin sözlərinə görə, bunun səbəbi 2 fərqli peyvəndin istifadəsinin nəticələrinin hələ araşdırılmamasıdır.
Mütəxəssis son günlərdə Almaniya istehsalı “Pfizer/BioNTech” və ABŞ istehsalı olan “AstraZeneca” vaksinlərinin birləşdirilməsinin faydalı olması barəsində yayılan söz-söhbətlərə aydınlıq gətirib. O qeyd edib ki, sözügedən peyvəndlərin qarışdırılmasının təhlükəsizliyi sübuta yetirilməyib:
“Peyvəndlərin qarışdırılması nəticəsində qazanılan immunitetin bu vəziyyətdə davam edib-etməyəcəyi və istifadəsinin təhlükəsiz olub-olmaması barədə məlumatımız yoxdur”.
Keyt O'Brayen araşdırmaların davam etdiyini və yaxın aylarda yeni məlumatların ortaya çıxacağını vurğulayıb.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)



















.jpg)

.jpg)