Sağlamlıq
Peyvənddən neçə gün sonra antikor səviyyəsi düşür?
Ümumi antikor səviyyəsi tam peyvənddən 6 həftə sonra enməyə başlayır və 10 həftə ərzində 50 faizdən çox azala bilir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə London Universitet Kollecinin tədqiqatçıları danışıb. İngilis alimlərinin apardığı araşdırmanın nəticələri “Lancet” elmi jurnalında dərc olunub.
Mütəxəssislər 600 nəfərdən alınan məlumatları analiz edərək iki dozalı “Pfizer” və “AstraZeneca” peyvəndlərindən sonra yaranan antikor səviyyələrini müqayisə edib. Məlum olub ki, “Pfizer” vaksininin yaratdığı antikor sayı əhəmiyyətli dərəcədə yüksəkdir. Eyni zamanda antikorlarda azalmanın klinik nəticələri hələ aydın deyil, odur ki, koronavirusa qarşı qorunma səviyyəsinin düşməsi barədə danışa bilmərik. Digər tədqiqatlar vaksinlərin COVID-19-un ağır formalarının qarşısının alınmasında təsirli olduğunu göstərir.
Alimlərin fikrincə, antikorlar bu sürətlə azalmağa davam edərsə, bu, peyvəndlərin, xüsusən də virusun yeni variantlarına münasibətdə qoruyucu xüsusiyyətlərinin əhəmiyyətli dərəcədə zəifləməsi deməkdir.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)



















.jpg)

.jpg)