Sağlamlıq
Alimlərdən ŞOK COVID-19 ARAŞDIRMASI: Bu 5 əlamət varsa... - - VİDEO
Video əlavə olunub.
xxx
İngiltərə mütəxəssisləri COVID-19-un havada daha yaxşı yayılması üçün mutasiyaya uğradığını bildiriblər.
Publika.az xəbər verir ki, "Daily Mail" qəzetində yer alan xəbərə görə, elm adamları yeni variantlar ortaya çıxdıqca virusun inkişaf etdiyi və yayıldığı mühiti təyin edə biliblər.
Alimlərin sözlərinə görə, virus havada daha yaxşı yayılmaq üçün mutasiyaya uğrayır. Bir virusun hava vasitəsilə yayılması elm ictimaiyyəti tərəfindən "kabus ssenarisi" olaraq xarakterizə olunur. Çünki hər hansı bir virusun hava yolu ilə ötürülmə qabiliyyəti varsa, bu vəziyyət yoluxma nisbətini ciddi şəkildə artırır.
Alimlər ilk yayılan koronavirusu (Uhan versiyası) və yanvar ayında İngiltərədə ikinci dalğanı başladan Alfa variantını müqayisə edərək dəhşətli nəticələr əldə ediblər.
Merilend Universitetinin tədqiqatçılarına görə, Alfa variantına yoluxmuş insanlar adi koronavirusla müqayisədə virusu 100 dəfə daha çox yayırlar.
Tədqiqatçılar hələ ki, Delta üçün bu araşdırmanı həyata keçirməyiblər. Bununla birlikdə, elmi cəhətdən daha yoluxucu olduğu sübut edilən Delta variantı üçün nəticələrin dəyişməyəcəyi bildirilir.
İlk dəfə Hindistanda rast gəlinən Delta variantı qlobal yoluxma artımının bir nömrəli səbəbi olaraq göstərilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, ikiqat peyvənd edilən insanlar da Deltaya yoluxa bilər. Çünki peyvənd olunmaq sizə daha çox qorunma təmin etsə də, virusya yoluxa və hətta ətrafınıza yaya bilərsiniz.
İngiltərənin "Mirror" qəzetində yer alan xəbərə görə, burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və iybilmə itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvənd edilib-edilməməsindən asılı olmayaraq test olunmalarının vacib olduğunu vurğulayırlar.
Əsas əlamətlər isə bunlardır:
1 - Yüksək hərarət
2 - Titrəmə
3 - Davamlı öskürək
4 - İybilmə qabiliyyətinin itməsi və ya dəyişməsi
5 - Dadbilmənin itməsi və ya dəyişməsi
6 - Baş ağrısı
7 - Qeyri-adi yorğunluq
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır








.jpg)













.jpg)
.png)





.jpg)










