Sağlamlıq
Bu ölümlərin səbəbi COVID-19 deyil - Həkim
COVID-19-a yoluxub sağalmış bəzi insanların “sanki psixikamda dəyişiklik əmələ gəlib” kimi deyimlərinin tez-tez şahidi oluruq. Vəziyyəti kafi qiymətləndirilən, hətta sağalmaq üzrə olan bəzi xəstələrin qəflətən ağırlaşması və tənəffüs dayanmasından dünyalarını dəyişdiyi də söylənilir. Təcili tibbi müdaxilənin kömək etmədiyi bu halı virusun uzunsov beyinə keçib, tənəffüs mərkəzini blokada etməsilə əlaqələndirirlər. Səbəbinin kəskin hipotoniya, bəzi ölümlərin isə virusun qan-damar mərkəzinə iflicedici təsirilə əlaqədar olduğu bildirilir.
Publika.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Həkim bildirib ki, İngiltərədə Derbi Kral Xəstəxanası klinisistlərinin “Cures” jurnalında dərc olunmuş məqaləsində hospitala ağır pnevmoniya diaqnozu ilə daxil olmuş 54 yaşlı xəstədə COVID-19-un fəsadı kimi kortikal korluğun (tam korluq) baş verdiyi söylənilir:
“Bildirmək istəyirəm ki, bu cür məlumatlar insanların qorxu və ağır ruhi sarsıntı kimi korreksiyaolunmaz pozğunluqlara köklənməsinə xidmət edir. Tənəffüsün qəflətən dayanması və ya kəskin hipotoniya kimi ölümlə nəticələnən halın koronavirusla birbaşa bağlılığı yoxdur. Bu ölümlərə COVID-19-u səbəb kimi göstərib insanları qorxu altında saxlamaq olmaz.
İybilmə hissinin yoluxmanın ilk günlərində itməsi, virusun baş beyində sinirlə nəqlinin isə bu keçid yolunun 7-ci günündən sonra başlaması da virusun sinirlə nəqlinin inkarını təsdiq edir.
COVID-19-un korluq törədə bilməsi ümumiyyətlə mümkün deyil. Çünki görmə sinirinin torlu qişadan başlayıb görmə mərkəzinə, yəni ənsə payının “Mahmuz” şırımına qədərki yolunun heç bir sahəsində COVID-19-un bağlandığı aktiv reseptor mexanizm yoxdur.
Xəstəliyi keçirmiş, eləcə də xəstəliyin davamı müddətində bəzi insanlarda müşahidə olunan operativ yaddaş pozğunluğu (xarici qıcığa və paralel reaksiyalara qarşı optimal cavab reaksiyasının uzanması və s.), mnestik və koqnitiv funksiyada törənən dəyişikliklər, “beynin sanki dumanlanması”, “şüurun qaranlıqlaşması” və sair kimi əlamətlər, immun sistemin virusa qarşı kəskin əks reaksiyasının nəticəsidir. Bu hal İgG antitellərin titrinin yüksək olduğu halda aparılan vaksinasiya və ya revaksinasiya halında da müşahidə oluna bilər. Bu pozğunluqların hər biri zaman-zaman bərpa olunacaq, normal haldır. Odur ki, buna görə xüsusi narahatlığa əsas yoxdur.
Baş beynin mikrob, bakteriya, virus etiologiyalı iltihabi- destruktiv patologiyaları yalnız bu mikrovarlıqların HEB-i keçərək baş beyinə və ya onurğa beyninə düşdüyü halda mümkündür”.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı












.jpg)















.jpg)



.jpg)

