Sağlamlıq
Təmiz kakaonun bilmədiyimiz faydaları: qaraciyər sirrozu və fibroz...
"Kakao tozunun tərkibi əzələ fəaliyyətini normalaşdıran və qan azlığı olan insanlara kömək edən, sümük toxumasının sıxlığını təmin edən, uşaqların aktiv böyümə dövründə və hamilə qadınlara lazım olan, pis xolesterini çıxaran və qaraciyəri təmizləyən, cinsi hormonlara müsbət təsir göstərən, hüceyrələrin bölünməsini və toxumaların böyüməsini təmin edən, onkoloji xəstəliyin qarşısını alan, tərkibində antioksidantlar olan, yaraların sürətli sağalmasına kömək edən vitamin və minerallarla zəngindi"
Publika.az xəbər verir ki, bunu diyetoloq Lyudmila Mikityuk "RIA Novosti"yə deyib.
O, kakaonun çoxşaxəli faydalı xüsusiyyətlərindən danışıb və bu məhsulun çatışmazlığı barədə xəbərdarlıq edib.
Mütəxəssis vurğulayıb ki, söhbət narın üyüdülmüş təbii kakao məhlulundan gedir, çünki həll olunan içkinin tərkibində "kimyəvi boyalar var və onun tərkibindəki fayda 20%-dən çox deyil".
Diyetoloqun sözlərinə görə, kollegen molekullarını bağladıqları üçün fenol və prosiyanidinlər sayəsində dəri cavanlaşır və onun elastikliyini təmin edir. Kakaoda olan melonin dərini günəş şüalarının təsirindən qoruyur. Nikotin turşusu isə saçların keyfiyyətini yaxşılaşdırır. Bu məhsuldan həmçinin dəri üçün maskalar da hazırlamaq olar.
"İspan alimləri kakaonun qaraciyər sirrozu və fibrozunda faydalarını da sübut ediblər", - deyə diyetoloq bildirib.
Mikityuk onu da əlavə edib ki, kakaoya süd və şəkər əlavə etdikdə bu, kifayət qədər kalorili içki olur. Buna görə də kakaonu səhər vaxtı içmək daha məsləhətdir. Səhərlər insan orqanizmində bioloji ritmlər daha aktiv olurlar və burada zülalların, yağların və karbohidratların parçalanması və enerjiyə çevrilməsi daha sürətli baş verir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)






.jpg)


