Sağlamlıq
Yeni virus XƏBƏRDARLIĞI
ABŞ-ın Ohayo ştatında çalışan elm adamları marallardan insanlara keçə bilən ən azı 3 fərqli virus variantını müəyyən ediblər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ohayo Dövlət Universitetində çalışan professor Endryu Bouman apardıqları araşdırmalarda maralların sağlamlıq üçün təhlükə yarada biləcəyini söyləyib. İddia olunub ki, bu canlılar SARS-CoV-2 daşıyıcısıdır.
6 fərqli bölgədə 360 canlını araşdıran mütəxəssislər 3 fərqli mutasiya aşkar edildiyini bildiriblər. “Nature” jurnalında dərc olunan və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən araşdırmada vəhşi marallarda antikorların tapıldığı da deyilib.
Mütəxəssislər tədqiqatın 2021-ci ilin yanvar-mart ayları arasında aparıldığını bildiriblər.
Endryu Bouman virusun marallarda mutasiya edə biləcəyini ifadə edərək mümkün risk barədə xəbərdarlıq edib.
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 2 Noyabr 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...



















.jpg)













.jpg)
.jpg)

