Sağlamlıq
Acqarına su içməyin min bir faydası
Səhər yeməyindən əvvəl bir stəkan su içmək vərdişi insan sağlamlığı üçün faydalıdır. Bununla belə, bəzi nüanslara diqqət yetirmək lazımdır.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə həkim-diyetoloq, kulinariya blogeri Nuriya Dianova danışıb.
Mütəxəssis “Sputnik” radiosunun efirində bildirib ki, insanın acqarına içdiyi su onun orqanizminə faydalı təsir göstərir: o, oyanır, həzm prosesləri başlayır, mədə-bağırsaq traktının işi stimullaşdırılır. Əgər bu, müntəzəm olaraq edilirsə, nəticədə bağırsaq mikroflorası normallaşır, dəri təmizlənir, əhval-ruhiyyə də yaxşılaşır.
“Bütün proseslər başlayacaq, mədə saatlarla dəqiq işləyəcək, əhval-ruhiyyəniz yaxşılaşacaq, eyni zamanda mikroflora və dəri də təmizlənəcək. Qastroenterologiya nöqteyi-nəzərindən əsas reflekslərdən biri - mədə-bağırsaq refleksləri işə düşür. Odur ki, acqarına su qəbul etmək bağırsaq hərəkətliliyini stimullaşdırır. Eyni zamanda hər suyun belə effektiv təsiri yoxdur. Səhər vərdişinin həqiqətən faydalı olması üçün bir vacib şərtə riayət etmək lazımdır. Su otaq temperaturunda olmalıdır, xüsusən də qəbizliyə meyl varsa. Yeri gəlmişkən, şəhər əhalisinin təxminən 80 faizi bu problemlə üzləşir. Bir insan qarın ağrısından narahatdırsa, o, otaq temperaturundan daha isti su içməlidir. Suya limon və ya portağal suyu da əlavə edə bilərsiniz. Ancaq bunu yalnız mədə ilə əlaqəli xəstəlikləri və problemləri olmayanlar edə bilər.
Mədə-bağırsaq xəstəlikləri kəskinləşibsə, məsələn, qastrit olduqda su, xüsusən də soyuq su, ağrılara səbəb ola, qarın ağrısı yarana, pankreatit və xolesistit inkişaf edə bilər”, - Dianova vurğulayıb.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


