Sağlamlıq
“Meymun çiçəyi” Azərbaycanda yayıla bilər? - Həkim AÇIQLADI
“Meymun çiçəyi” virusunun ölüm faizi yuxarı olduğu üçün təhlükəli hesab olunur. Ancaq adıçəkilən virus yeni deyil. Bu xəstəlik 1950-ci ildə aşkar olunub və bir müddət sonra peyvəndlərin yaradılması ilə yayılmasının qarşısı alınıb.
Bunu Publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
O qeyd edib ki, bu virus qorxulu olsa da, koronavirus kimi dünyada geniş yayılması mümkün deyil: “ “Meymun çiçəyi” virusu təbii çiçək xəstəliyinə bənzərdir. Bu virus adından da göründüyü kimi, Afrika meşələrində olan meymunlarda yaranıb. Daha sonra isə orada olan insanlarla təmasa keçdiyi üçün insanlarda da bu xəstəlik yayılmağa başlayıb. Amma “Meymun çiçəyi” virusunun COVID-19 kimi geniş yayılması real deyil.src="/storage/files/upload/06bb94f80967254acbd2b0a31c8a52f1706b682e.jpg" style="width: 426px; height: 282.58px;" class="fr-fic fr-dib fr-fil">
Bu xəstəliyə yoluxan insanlarda dəri səpkiləri, qızdırma, baş ağrıları, yorğunluq və ürəkbulanma müşahidə olunur. Virusa yoluxan insanlarda 35-40 dərəcə temperatur qeydə alına bilər. Dəri səpkilərində isə insan bədənində böyük suluqlar əmələ gəlir və daha dərin olur. Hətta sağaldıqdan sonra belə bədəndə müəyyən çapıqlar qalır. Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir. Bizim ölkəmizdən Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır. Ancaq qonşu ölkələrdə “Meymun çiçəyi” virusu aşkar edilərsə, o zaman Azərbaycanda da yoluxmalar olacaq. Hazırda bu ehtimal azdır və adıçəkilən xəstəlik tez yoluxma xüsusiyyətinə malik deyil. Bu virus əsasən toxunma və hava vasitəsi ilə yoluxa bilər. İnsanlar bu virusdan qorunmaq üçün maskadan istifadə etməli və yoluxan şəxsə toxunmamalıdır. Ümumiyyətlə, gigiyenik qaydalara riayət etməklə “Meymun çiçəyi” virusundan qorunmaq olar”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































