Sağlamlıq
Çuğundurun əvəzedilməz SAĞLAMLIQ FAYDALARI
Endokrinoloq, dietoloq Natalya Lazurenko çuğundurun qida rasionuna daxil edilməsinin sağlamlığa fayda verəcəyini bildirib.
Publika.az xəbər verir ki, o, "Moskva 24" telekanalına verdiyi müsahibədə bu məhsulunun qeyri-aşkar xüsusiyyətlərini açıqlayıb.
Mütəxəssis bildirib ki, betainin çox olması səbəbindən çuğundurun yarpağı və kökünün müntəzəm istifadəsi mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.
"Bu maddə sinir impulsunun bir neyrondan digərinə keçidini yaxşılaşdırır və bununla da şüura, fəaliyyətə və yeni materialın qavranılmasına müsbət təsir göstərir", - Lazurenko deyib.
Endokrinoloqun sözlərinə görə, çuğundurun tərkibində bağırsaq mikroflorasını yaxşılaşdıran lif, orqanizmdə dəmirin sorulmasına kömək edən C vitamini və həzm sistemini normallaşdıran B vitaminləri var.
Lazurenko xatırladıb ki, təzə çuğundur ödqovucu təsirə malikdir və qaraciyəri təmizləməyə kömək edir, lakin bu məhsulu qaynadılmış və ya qabığı ilə bişmiş halda yemək olar. Tərkibində çox olan pektinə görə qabıq mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır və qəbizliyi aradan qaldırır.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)