Sağlamlıq
Qeyts düz deyir, dünya yeni pandemiya təhlükəsi ilə üz-üzədir
Yaxın 20 ildə dünya 50% ehtimalla qlobal pandemiya ilə üzləşəcək.
Publika.az xəbər verir ki, bunu rusiyalı virusoloq Vladislav Jemçuqov amerikalı milyarder Bill Qeytsin yeni pandemiya proqnozunu şərh edərkən deyib.
“Planetdə mövcud olan mikrobların yalnız 10%-ə yaxını bəşəriyyətə məlumdur. İnsanlar bütün çuxurları qazmağa başlayandan bəri, təhlükəli olanlar da daxil olmaqla, yeni növlərin kəşf edilməsi şansı artıb. Mən mağaraları, okeanların dərinliklərini, Amazon cəngəlliklərini və s. nəzərdə tuturam. Bir müddət əvvəl Antarktidada göl qazdılar, orada milyonlarla il yaşı olan mikroblar tapıldı. Daimi buzlaqlarda çiçək xəstəliyini tapdılar, xoşbəxtlikdən məlum oldu ki, cansızdır. Ona görə də Bill Qeyts çox düzgün deyib” , - Jemçuqov bildirib.
Meymunçiçəyi xəstəliyindən söz açan virusoloq qeyd edib ki, bir çox viruslar XX əsrin sonu XXI əsrin əvvəllərində də aşkar edilib:
“50 ildir ki, təbii çiçək xəstəliyi yoxdur, amma indi söhbət gedir ki, yenidən görünə bilər. Yəni mikrob dəyişkənliyi prosesi mövcuddur, onlar mövcud həyata və ətrafdakı dəyişikliklərə çox tez uyğunlaşır”.
Qeyd edək ki, “Maykrosoft”un yaradıcı Bill Qeyts növbəti 20 ildə başqa bir pandemiyanın baş verməsi ehtimalının olduğunu bildirmişdi.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































