Sağlamlıq
Meymunçiçəyi süni yayılıb? – İnfeksionist açıqladı
Meymunçiçəyi virusu koronavirusdan fərqli olaraq yeni bir virus növü deyil. Hazırda bu virusun yayılmasında qeyri-adi heç bir şey yoxdur. Bu virus Afrikada hər il endemik olaraq yayılır və minlərlə şəxs yoluxur. Meymunçiçəyi virusuna həmçinin Avropa və ABŞ-da da yoluxanlar olur.
Bunu Publika.az">Publika.az-a açıqlamasında həkim-infeskionist Mərdan Əliyev deyib.
“Bu hal hər il baş versə də sadəcə bu il gündəm olub. Bunun səbəbi isə virusun Avropada bir neçə ölkədə eyni vaxtda yayılması olub və bu xəstəliyə yoluxan insanlar Afrikaya gedib-gələn insanlar deyil. Ona görə yoluxma xəbəri insanlarda narahatlıq yaradıb. Əgər bir şəxs Afrikaya getmədiyi halda bu xəstəliyə yoluxubsa, bu, narahatlıq doğuran bir haldır. Mənbəyi məlum olmayan yoluxma isə təhlükəli görünür. Sözügedən hal onu düşünməyə əsas verir ki, burada bilinməyən nəsə var və hətta epidemiyaya, pandemiyaya çevrilə bilər”, - infeksionist bildirib.
M.Əliyevin sözlərinə görə, virusa yoluxan şəxslər üzərində aparılan araşdırılmadan sonra məlum olub ki, Avropada böyük şənliklər keçirilib və xəstəliyə yoluxanlar da həmin məclislərə qatılan şəxslərdir:
“Böyük ehtimal ki, həmin məclislərə Afrikada olmuş və virusa yoluxmuş şəxslər də gedib. Beləliklə yoluxma çoxalıb. Meymunçiçəyi virusunun süni şəkildə yayılması məsələsinə gəldikdə isə bu, inandırıcı deyil. Hazırda xəstəlik heç epidemiya da yaratmayıb. Virus süni şəkildə yayılsaydı, çox sürətlə baş verərdi”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































