Sağlamlıq
Meymunçiçəyini qərbdə onlar yaydı
Meymunçiçəyinin Avropa və ABŞ-da geniş yayılmasının səbəbi qeyri-ənənəvi cinsi əlaqəyə meyllilik olub.
Publika.az xəbər verir ki, bu fikri virusoloq, V.A adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının direktoru, virusoloq Pyotr Çumakov deyib. Ura.ru-ya müsahibəsində mütəxəssis infeksiyanın Afrikadan gəldiyini, lakin onun yayılmasının “Avropa tarixi” olduğunu qeyd edib.
“Bu, homoseksuallıq, homoseksual münasibətlər üçün son tendensiya və dəbdir. Festivallar, gey-paradlar, beynəlxalq toplantılar keçirilir ki, burada qeyri-ənənəvi oriyentasiyaların nümayəndələri görüşürlər və sonra öz ölkələrinə gedirlər. Avropada bu, indi trenddir, odur ki, bu cəmiyyətdə xəstəlik sürətlə yayılır”, - Çumakov bildirib.
Virusoloq xatırladıb ki, meymun xəstəliyinin yoluxuculuğu azdır. Buna görə infeksiya yalnız çox yaxın təmasda mümkündür, yəni cinsi əlaqə zamanı müşahidə olunur.
“Bundan əlavə, geylərin çoxlu partnyorları var, ona görə də onlar arasında infeksiyanın sürətlə yayılması təəccüblü deyil. Bu, virusun yalnız bir kateqoriyaya daxil insanlar arasında yayılmanın əsas faktordur. Yoluxmuş və ya xəstə olanların demək olar ki, 90 faizi cinsi azlıqların nümayəndələridir”, – professor statistikaya istinad edib.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































