Sağlamlıq
Meymunçiçəyinin azyaşlılara təsiri - Ekspertdən AÇIQLAMA
Çox vaxt meymunçiçəyi infeksiyası 16 yaşdan aşağı uşaqlara, immuniteti zəif olan xəstələrə və ya ağır həyat tərzi keçirən insanlara pis təsir göstərir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə infeksionist Yevgeni Timakov danışıb. Mütəxəssisin sözlərinə görə, infeksiya yaşlı əhalinin əksəriyyəti üçün təhlükəli deyil, çünki 1980-ci ilə qədər bir çoxları çiçək xəstəliyinə qarşı peyvənd olunub.
“Daha çox on altı yaşına çatmamış uşaqlar əziyyət çəkə bilər. Onların çox zəifləmiş selikli qişa immuniteti var və virusun nüfuz etməsi daha asan olur” , - həkim bildirib.
Ekspert onu da qeyd edib ki, meymunçiçəyinin kütləvi yayılması mümkün deyil, virusa yoluxmaq üçün infeksiyanın daşıyıcısı olan şəxsin yanında uzun müddət yaxın təmasda olmaq lazımdır.
Xatırladaq ki, İyulun 12-də Rospotrebnadzor Rusiyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma faktını açıqlayıb. Sankt-Peterburqda yoluxma Portuqaliyadan gələn bir rusda aşkarlanıb. O, meymunçiçəyinə xas səpgi ilə həkimə müraciət edib.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































