Sağlamlıq
Maskadan istifadə məcburiyyəti... Payızda
"Son zamanlar yoluxmanın artmasının səbəbi peyvənd olunan insanların zaman keçdikcə imunitetinin zəifləməsidir. Hətta COVİD-19-a tutulan şəxslər sağaldıqdan 6 ay sonra bu xəstəliyə qarşı yenidən həssas olurlar".
Bunu Publika.az-a açıqlamasında həkim, infeksionist Mərdan Əliyev deyib.
Həkim bildirib ki, bu tendensiya tək Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur: "Pandemiyanın sonuncu dalğasından xeyli vaxt keçib, buna görə də insanların xəstəliyə qarşı həssaslığı daha da artıb. Yoluxmanın artması onu göstərir ki, vətəndaşlar virusdan qorunma qaydaların riayyət etmirlər. İnsanların xəstəliyə qarşı biganə olmaları ölkə ərazisində virusa yoluxma hallarını çoxaldır".

M.Əliyev vurğulayıb ki, maskadan istifadə məcburi olacaq: " Virusdan qorunmaq üçün maskadan istifadə şərtdir. Xüsusilə xəstəxanaya gedən şəxslər ehtiyyatlı olmalıdırlar. Çünki oraya gələn şəxslər arasında COVİD-19-a yoluxan şəxslərdə ola bilər. Bütün bu səbəblərə görə gələcək aylarda maskadan istifadə məcburi hala gələcək. Ancaq indiki halda karantin qaydalarının sərtləşdirilməsinə ehtiyyac yoxdur. Yalnız maskadan istifadə məcburi ola bilər. Hazırda yoluxma halları artsa da, əvvəlki kimi çətin vəziyyət yarana bilməz, çünki Azərbaycanda kollektiv imunitet formalaşıb. Yəni vətəndaşlar hər hansı bir yolla bu virusla tanış olublar. Peyvəndlənən şəxslər bu xəstəliyi əvvəlkindən daha yüngül keçirir. Belə olduğu üçün xəstəxanalar da əvvəlki kimi yüklənmir. Risk qrupuna daxil şəxslər isə özlərinə daha çox diqqət etməlidir. Gələcək aylarda yoluxmanın artacağı gözlənilir. Payız mövsümünə doğru virusa tutulan şəxslərin sayı artacaq. Bunun səbəbləri imunietin zəifləməsi, günəşin aktivliyinin azalması və insanların evdə daha çox vaxt keçirməsidir. Mənzillərdə havalandırmanın zəif olması da yoluxmanın artmasına təsir edən amillərdəndir".
Rahib Ələsgərov
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































