Sağlamlıq
Virusoloq: “Bütün problemlər ağciyərlərdən başladı, lakin...”
Təhlükəli infeksiyalar laboratoriyasının rəhbəri, virusoloq Aleksandr Çepurnov COVID-19-un təkamül ehtimalını qiymətləndirib.
Publika.az xəbər verir ki, həkim Lenta.ru-ya müsahibəsində virusun xassələrinin pisə doğru dəyişə biləcəyindən narahatlığını ifadə edib.
“Dəyişikliklər infeksiyanın pisləşməsinə, infeksiyadan sonrakı dönəmdə isə daha ağır fəsadlara səbəb ola bilər. Unutmayaq ki, koronavirusla bağlı bütün problemlər ağciyərlərdən başladı, lakin sonradan məlum oldu ki, infeksiyadan sonrakı dövrdə diabetik problemlərin sayında da artım başladı”, - Çepurnov bildirib.
Onun sözlərinə görə, omikron ştammı bütün viruslar kimi, mümkün qədər çox yayılmağa çalışır. Eyni zamanda COVID-19-un hansı inkişaf yolunu tutacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Çepurnov hesab edir ki, koronavirus həm də ciddi nəticələr vermədən ümumi mövsümi xəstəliyə çevrilə bilər.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































