Sağlamlıq
Teleaparıcı: “Damarlarımızı və hüceyrələrimizi şikəst edir”
Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov qocalma prosesini sürətləndirən qidalardan söz açıb.
Publika.az xəbər verir ki, bu barədə həkim “Rossiya-1” telekanalında müəllifi olduğu proqramında danışıb. O, xüsusilə biskvit tortları çox yeyənləri xəbərdar edib.
“İnanılmaz dərəcədə dadlı olsalar da, tərkibində yalnız nişasta, şəkər, duz və trans yağlar var və bunların orqanizmə heç bir faydası yoxdur. Ancaq kiminsə şirniyyatdan tamamilə imtina etməsi son dərəcə çətindirsə, yenə də arada bir özünüzü sevindirə bilərsiniz. Orqanizmə müsbət təsir göstərməyən şəkər və duzu da pəhrizinizdən çıxarmağa çalışın.
Çünki bütün bunlar erkən qocalmaya səbəb olur, damarlarımızı və hüceyrələrimizi şikəst edir, insulin riskinin yaranmasına səbəb olur, piylənmə, şəkərli diabetdən tutmuş onkologiya və infarkta qədər bir çox xəstəlik yaradan prosesləri işə salır”, - Myasnikov izah edib.
Aytən Məftun
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

































