Sağlamlıq
Elektron siqaretlər qadağan ediləcək
Tailand hökuməti qanunvericiliyə elektron siqaretlərin,
eləcə də qəlyanın çəkilməsi üçün istifadə olunan müxtəlif
cihazların idxalının qadağan edilməsini nəzərdə tutan dəyişikliklər
hazırlayır. Bu barədə ölkənin Ticarət Nazirliyinin məlumatında
deyilir.
Publika.az-ın "ICTnews"a istinadən məlumatına görə, yerli
hakimiyyət qəlyan və elektron siqaret çəkənlərə qarşı mübarizəyə
ölkənin baş naziri Prayut Çan-Oça bu problemə diqqət yetirdikdən
sonra başlayıb. Baş nazir gənclər arasında populyar elektron
siqaret qurğularının yayılmasından narahatlığını ifadə edib.
Qeyd edilir ki, Tailand Ticarət Nazirliyi siqaret çəkənlər üçün
malların idxalını qadağan edən xüsusi reqlamentlərin tətbiqinə,
eləcə də satış məntəqələrində kütləvi reydlərin keçirilməsinə
hazırlaşır. Nazirlik nümayəndələri qərarı əsaslandırmaq üçün
elektron siqaret və qəlyanın satışını və idxalını tamamilə qadağan
edən 20 müxtəlif ölkənin təcrübəsinə istinad edir.
Bundan başqa, Tailandda tütün istehsalçıları üçün siqaret
qutularının dizaynı ilə bağlı dünyanın ən sərt qanunları
qüvvədədir.
Məlumat üçün bildirək ki, elektron siqaret və ya portativ elektron
qəlyan istehsalçılar tərəfindən nikotini əvəz edən terapiya
vasitəsi kimi qələmə verilən elektron inhalyatordur (inhalyasiya
cihazı). İnhalyator adətən özündə tütün tüstüsünün növünü və dadını
imitasiya edən nikotini generasiya edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretləri nikotinin
elektron çatdırılma vasitələrinə aid edərək qeyd edir ki, onlardan
istifadə təhlükəsizlik və nikotin asılılığından müalicənin
effektivliyi baxımından lazımınca tədqiq edilməyib.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU




































