Sağlamlıq
Ana qarnındakı körpələr TƏƏCCÜBLƏNDİRDİ
İngiltərədəki Durham Universitetinin tədqiqatçıları ana bətnində olan körpələrin yerkökü ilə qarşılaşdıqda gülümsədiklərini, kələmdən sonra isə üzlərini turşutduqları müşahidə olunub.
Publika.az xəbər verir ki, “Times” qəzetində çıxan xəbərə görə, araşdırma üçün 100 hamilə qadına 400 mq yerkökü və ya kələm tozu olan kapsulları udmaq tapşırılıb. Daha sonra ultrasəs müayinəsində doğulmamış uşaqların reaksiyaları qeydə alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, ananın yediyi qidanın tərkibindəki birləşmələr plasenta vasitəsilə qana və uşaqlıq yoluna keçir.
Yerkökünün aromasına məruz qalan körpələrin müayinədə gülümsədiyi məlum olub, acı kələm isə körpələrin üzündə ağlamaq reaksiyasına səbəb olub. Nəticələr “Psychological Science” jurnalında dərc olunub.
Tədqiqatçılar hesab edirlər ki, yemək seçimlərimiz biz doğulmazdan əvvəl ananın qidalanması əsasında formalaşır. Durham Universitetinin alimi Beyza Üstünün sözlərinə görə, analar hamiləlik zamanı düzgün qidalanaraq, gələcəkdə uşaqlarının qeyri-sağlam qidalanmasının qarşısını ala bilər.
Araşdırmada iştirak edən Aston Universitetinin professoru Jaklin Blisset isə iddia edib ki, hamiləlik dönəmində ananın tərəvəzlərə daha çox yer verməsi uşağın damaq zövqünün formalaşmasına da təsir göstərəcək.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































