Sağlamlıq
Depressiya qocalma prosesini siqaretdən daha çox sürətləndirir
Daimi stress, tənhalıq və depressiya hissləri yaşayan insanlar siqaret çəkənlərə nisbətən daha tez qocalır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bir qrup beynəlxalq alim qocalmanın rəqəmsal modelinin göstəricilərinə əsasən bu qənaətə gəlib.
Bioloji yaş orqanizmin vəziyyətini və qocalmağa müqavimət göstərmək qabiliyyətini əks etdirir və pasport yaşından aşağı və ya yüksək ola bilər. İnsan nə qədər “bioloji cəhətdən yaşlı” olarsa, onun xəstəliklərə tutulma və ölüm riski bir o qədər çox olur.
Rəqəmsal qocalma modelində elm adamları cinsi, çəkisi, qan təzyiqi, ağciyər funksiyası nəzərə alınmaqla 4846 yetkinin sağlamlıq vəziyyəti barədə məlumat, həmçinin 16 qan biomarkerini toplayıb. Sistem iştirakçıların bioloji yaşını müəyyən edib və bu, faktiki yaş dövrü ilə müqayisə edilib.
Tədqiqatın nəticələrinə görə, eksperimentin bəzi iştirakçılarında yaş uyğunsuzluğunun 5-7 il arasında olduğu ortaya çıxdı. Həmçinin alimlər belə qənaətə gəlib ki, qocalmağa təkcə somatik xəstəliklər və pis vərdişlər deyil, həm də psixoloji amillər təsir edir. Depressiya və ya tənhalıq hissləri insanın bioloji yaşını orta hesabla 1,65 il artırır.
Aytən Məftun
-
Digər10:13Nepaldakı fəlakət iqtisadiyyatı da vurdu - Bərpaya 5 milyard lazım olacaq
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Digər09:27Leninə iş kəsdilər - Sabiq prezident rüşvət alıbmış
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı






















.jpg)


.jpg)









.jpg)

.jpg)