Sağlamlıq
Ağciyərlərimizin sağlamlığı ilə bağlı MÜHÜM QAYDA
Həkim Aleksandr Myasnikov ağciyərlərin sağlamlığı üçün nəfəs məşqləri etməyi məsləhət görüb.
Publika.az xəbər verir ki, bu barədə kardioloq və məşhur teleaparıcı “Rossiya 1” kanalında "Əsas məsələ barədə" (“О самом главном”) verilişinin efirində danışıb. Ağciyərlərin sağlamlığının yaxşılaşdırılması ilə bağlı məsləhətlər verən həkimin sözlərinə görə, ilk növbədə qamətiniz düz olmalıdır. Myasnikov bildirib ki, insan əyilirsə, o zaman sinəsi daralır və nəticədə ağciyərlər sinə içində sıxılır və tam düzləşə bilmir.
Myasnikov hesab edir ki, artıq çəkilərdən xilas olmaq da ağciyər sağlamlığını yaxşılaşdırmağın başqa bir yolu ola bilər. Həkim izah edib ki, artıq çəkisi olan insan tam nəfəs ala bilmir, ona görə də ağciyərin tutumu zamanla azalır. Və bu, müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər. Həkim nəfəs məşqlərinin faydalarından da danışıb. O, vurğulayıb ki, internetdə tənəffüs əzələlərini gücləndirən çoxlu məşqlər tapmaq olar.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO



































