Sağlamlıq
Canan Karataydan xəbərdarlıq: Onları evinizdə saxlamayın, varsa atın!
Evin təmizliyi sağlamlıq üçün çox vacibdir. Təmizlikdə istifadə olunan materiallar da sağlamlığa təsir edən amillər arasındadır.
Publika.az xəbər verir ki, Türkiyənin tanınmış kardioloqu, professor Canan Karatay təmizləyicilərin tərkibindəki kimyəvi maddələrin sağlamlığa təsirini izah edərək evdar qadınlara xəbərdarlıq edib.
Mütəxəssislər hər fürsətdə yuyucu vasitələrin nə qədər zərərli olduğuna diqqət çəkirlər. Ancaq təkcə istifadə edilən yuyucu vasitələr deyil, qab-qacaq süngərləri kimi təmizləyici materiallar da çox zərərli nəticələrə səbəb ola bilər. Adətən qidalarla bağlı məsləhətlər verən Canan Karatay bu dəfə təmizlik məhsulları ilə bağlı tənqidi xəbərdarlıq edib. Ev xanımlarına müraciət edən Karatay həmin məhsulları evlərinə belə gətirməmələri barədə xəbərdarlıq edib.
Canan Karatay evdar qadınların təmizlik üçün istifadə etdiyi məhsullardan danışaraq, “Evlər yuyucu vasitələrlə doludur. Onlar ən böyük zəhərdir! Onları evlərinizə buraxmayın”, - deyə xqeyd edib. Qab süngərlərinin də təhlükəli olduğunu deyən Karatay onların tez-tez dəyişdirilməsinin vacibliyini vurğulayıb.
O, süngər yerinə bez istifadə etməyi tövsiyə edib. Yuyucu vasitələrlə bağlı da mühüm açıqlamalar verən Karatay bunları deyib:
“Evdə süngərdən istifadə etmirik, bezlərdən istifadə edirik, paltarı daim yuyuruq. Qab süngərlərindəki mikroblar çox isti suda ölür. İsti suda nə bakteriya, nə də virus qalmır. Yuyucu vasitə öldürmür, isti su öldürür. Qeyd etmək lazımdır ki, qab süngərlərini tez-tez dəyişmək lazımdır. Xanımlar artıq yuyucu tozdan istifadə etməkdən beziblər. Yuyucu vasitələr mikrob və bakteriyalardan qat-qat təhlükəlidir. Süngər bir yana, evlər artıq yuyucu tozla doludur. Onlar ən böyük zəhərdir və onu evlərinizə buraxmayın”.
Bu məhsulların DNT-mizi pozan kimyəvi maddələrdən istehsal edildiyini ifadə edən Canan Karatay, “Yuyucu və dezinfeksiyaedici maddələrin tərkibindəki kimyəvi maddələr bədəndəki hüceyrələrin DNT-sini pozur. Bütün xəstəliklərin kökündə orqanizmdə DNT-nin korlanması dayanır. Ona görə də yuyucu vasitələri atın. Paltarlarınızı natrium bikarbonat ilə yuyun. Qabları maşında deyil, adi sabunla yuyun”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





