Sağlamlıq
“Özünə nifrət etmək” lazımdır" - Həkim
Sağlamlıq üçün həm kişilər, həm də qadınlar gündə ən azı bir dəfə tərləməlidirlər.
Publika.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” radiosuna müsahibəsində həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib.
O, bildirib ki, sağlam olmaq istəyiriksə, spirtli içkilərdən və siqaretdən həddən artıq istifadə etməməliyik. Bundan əlavə, bir insanın bədən çəkisi, qan təzyiqi, qlükoza və xolesterin səviyyəsi də normal olmalıdır. Buna nail olmaq üçün ilk növbədə peşman olmaq yox, “özünə nifrət etmək” lazımdır. Myasnikovun fikrincə, motivasiya məhz bu yolla yarana bilər.
"Ağ düyü, ağ çörək, ağ makaron yeməyin - bunların hamısı lifsiz təmizlənmiş qidalardır. Unutmayın ki, duz və şəkər də ağ ölümdür. Nə etməli olduğunuzu başa düşməlisiniz, sonra isə həftədə beş dəfə məşq etməlisiniz. Bəli, fiziki aktivlik mütləqdir, kişi və ya qadın gündə ən azı bir dəfə tərləməlidir”, - deyə həkim yekunda bildirib.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO



































