Sağlamlıq
"Narahatıq!" - Həkim geri dönən qorxulu xəstəlikdən danışdı
2009-cu ildə pandemiyaya səbəb olan donuz qripi o zaman əhali arasında zəif olsa da, son aylarda naməlum səbəbdən yenidən baş qaldırıb.
Publika.az xəbər verir ki, bu sözləri biologiya elmləri doktoru, Corc Meyson Universitetinin (Virciniya, ABŞ) Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova Lenta.ru-ya deyib. Həkim açıqlamasında qriplə bağlı bu qəribəliklərə diqqət çəkib.
O vurğulayıb ki, hazırda qripin müxtəlif ştammlarına yoluxma hallarında kəskin artım müşahidə olunur. Adətən bu cür rəqəmlər yanvarın ortalarında qeydə alınırdı. Onun sözlərinə görə, qripə ən çox yoluxma adətən yanvar, fevral və ya mart aylarında olur. Mütəxəssis onu da vurğulayıb ki, hər mövsüm əhali arasında qripin bir neçə ştammı yayılsa da, onlardan biri daha təhlükəli hesab olunur.
"Bu il xalq arasında donuz qripi adlandırılan H1N1 (pdm09) virusu qeydə alınıb. Adındakı “09” rəqəmi o deməkdir ki, bu qrip ilk dəfə 2009-2010-cu illər mövsümündə aşkarlanıb, sonra donuz qripi pandemiyası başlayıb. Və bu mövsüm qəfildən baş qaldırıb. Rusiyada donuz qripi ilə bağlı vəziyyətdən narahatıq. Bu ştam sürətlə yayılır, bu gün 10 faiz, sabah isə 50 faiz", - bioloq əlavə edib.
Baranova qeyd edib ki, bu il əhali arasında COVID-19, qrip və respirator sinsitiya virusu eyni vaxtda dövr edir: "Vizual olaraq simptomların oxşarlığına görə xəstəliyi fərqləndirmək mümkün deyil. Qripə molekulyar diaqnoz qoymalıyıq, çünki bu dərmanı kovidli bir insana versəniz, ona kömək etməyəcək.
Əgər özünüzü nisbətən normal hiss edirsinizsə, lakin öskürək və burun axıntısı kimi soyuqdəymə əlamətləri varsa, bu, hər hansı bir tənəffüs yoluxucu infeksiya ola bilər. Xəstə nəfəs almaqda hər hansı bir çətinlik hiss edirsə və ya temperatur 39-40 dərəcədən yuxarıdırsa, o zaman həyəcan təbili çalmağa başlamalıyıq. Bu, artıq narahatlıq üçün bir səbəbdir".
Aytən Məftun
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov

















.jpg)



















