Sağlamlıq
Arıqlamaq istəyənlər üçün ən sadə formul
Çoxları düşünür ki, artıq çəkidən qurtulmaq o qədər də mürəkkəb bir elm deyil. Əslində artıq piyləri dekabrın günəşində əriyən qar kimi "yandırmaq" olduqca asandır. Bunun üçün akademik Yuri Belenkovun tövsiyələrini bir kağız parçasına yazın və soyuducuya asın!
Publika.az xəbər verir ki, məşhur həkim və teleaparıcı Aleksandr Myasnikovun “О самом главном” verilişində qonaq olaq Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Kardiologiya Cəmiyyətinin vitse-prezidenti Yuri Belenkov arıqlamağın yollarından danışıb. Mütəxəssis bildirib ki, arıqlama prosesində üç əsas amili nəzərə almaq vacibdir: özünə nəzarət, rasional qidalanma və fiziki aktivlik.
Yuri Belenkov bildirib ki, xüsusi pəhriz həkim nəzarəti altında saxlanılmalı, lazım gəldikdə isə dərman terapiyasına müraciət edilməlidir. Həkim hesab edir ki, arıqlama prosesində uğur əldə etməyin sirri inanılmaz dərəcədə sadədir. Birincisi, o, pəhrizdə şirniyyatların miqdarını azaltmağı, gündəlik menyuya 500 qram tərəvəz və meyvə daxil etməyi tövsiyə edib. İkincisi, o, arıqlamaq istəyən hər kəsi aşağıdakı üç əsas və elementar qaydalara əməl etməyə çağırıb.
"Mütəmadi olaraq tərəziyə çıxıb çəkinizi ölçün, 20:00-da soyuducunu açmayın və stress keçirdiyin üçün aclığını kolbasa çörəklə basdırmayın", - həkim yekunda əlavə edib.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO



































