Sağlamlıq
Donuz qripinin dəhşətli nəticələri üzə çıxdı
Simptomlar baxımından donuz qripi digər variantlardan demək olar ki, fərqlənmir, əsas fərq xəstəliyin gedişi və ağırlaşmaların şiddətində nəzərə çarpır.
Publika.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, immunoloq, virusoloq Vladislav Jemçuqovun Rusiya mətbuatına verdiyi müsahibəsində deyib. Həkim bildirib ki, ən ağır xəstələr azyaşlı uşaqlardır.
"Koronavirus uşaqlar arasında geniş yayılmasa da, qripdə vəziyyət fərqlidir. Əskinə ən çox xəstələnən və ən ağır fəsadlar uşaqlar arasında rast gəlinir. Uşağın yaşı nə qədər azdırsa, vəziyyəti bir o qədər ağırlaşır. Otoimmün xəstəliklərdən müalicə alan insanlar da həssas qrupa daxildir. Ürək-damar xəstəlikləri də qripi ağır keçirir", - həkim müsahibəsində izah edib.
Virusoloqun sözlərinə görə, qrip ilk növbədə damarları zədələyir - əvvəlcə kiçik damarlar, xəstəliyin ən ağır gedişində isə beyin, sinir, ürək-damar sistemləri, bronxlar təsirlənir. Virusun aktivliyi yüksək hərarətlə əlaqələndirilir. Odur ki, ən ciddi fəsadların və temperaturun artmasının qarşısını almaq üçün dərhal qeyri-spesifik antiinflamatuar terapiyaya başlamaq lazımdır. Həkim onu da xatırladıb ki, bəşəriyyət artıq bu tip qriplə qarşılaşıb, ilk dəfə 1918-1920-ci illərdə, sonra 2009-cu ildə.
"Donuz qripinə gəlincə, donuzların onunla çox dolayı əlaqəsi var. Əslində bu, 1918-1920-ci illərdə yer üzündə milyonlarla insanın ölümünə səbəb olan ispan qripidir. İkinci dəfə xəstəlik 2009-cu ildə qeydə alınıb, indi bu virusla üçüncü "tanışlıq" davam edir", - immunoloq yekunda qeyd edib.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)