Sağlamlıq
Manikür zamanı barmaqlarını...
Dırnaqlarına manikür etmək qərarına gələn gənc qadının bu istəyi sonda cərrahi müdaxilə ilə nəticələnib. Necə deyərlər “gözəllik qurban tələb edir”.
Publika.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Samara sakini qadının sözlərinə görə, o, uzun müddətdir idi ki, təcrübəli dırnaq ustası axtarışındadır. Nəhayət o, Sosial şəbəkələrdə paylaşımlarına ən çox rəy yazılan ustanı evə dəvət edib. Usta təyin olunmuş vaxtda qadının evinə gəlib və preseduru etməyə başlayıb. Qadın bildirib ki, ustanın məişət problemləri olub və işini tələsik bitirib getməyə can atıb.
"Dırnaq qayçıları ilə tələsik hərəkət etdiyinə görə barmaqlarımda qanaxma başladı. Bunlar prosesin sterilliyini pozdu. Usta qanaxmanı dayandırmağa çalışsa da, buna nail ola bilmədi. Kaplama tətbiq edildikdən sonra barmaqların yuxarı hissəsi alətlərin müdaxiləsi səbəbindən çox şişmişdi”, - deyə qadın bildirib.
Dırnaq ustası qadını inandırıb ki, şişkinlik bir neçə saat sonra azalacaq. Amma gözləniləndən fərqli olaraq onun halı daha da pisləşib və o, xəstəxanaya getməyə məcbur olub. Həkimlər ona periungual panaritium diaqnozu qoyublar. Həkimlərin fikrincə, xəstə kömək istəməsəydi, fəsadları daha da pis ola bilərdi.
Xatırladaq ki, Avstraliyada da buna bənzər hadisə baş vermişdi. Manikür zamanı qadının barmağının bir hissəsi amputasiya edilmişdi.
Ayşən
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





