Sağlamlıq
Qripin ağır fəsadlarından qorunmağın yolları
Donuz qripi xəstələrin 10%-də ciddi ürək xəstəliklərinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə terapevt və kardioloq Anna Ratnikova Sankt-Peterburq telekanalına danışıb. Həkim müsahibəsində bu cür fəsadların qarşısının alınması yollarını izah edib.
"Xəstələr çox geniş spektrli şikayətlərlə müraciət edə bilərlər. Bu, fiziki tolerantlığının azalması və əsassız taxikardiya, sadəcə yorğunluq və zəiflik ola bilər. Bu simptomlar əlavə diaqnostika aparmaq üçün xəbərdarlıq əlamətləridir, xəstədən qrip və ya başqa kəskin respirator virus infeksiyası epizodunun olub-olmaması barədə daha ətraflı məlumat öyrənmək lazım gəlir", - deyə terapevt bildirib.
Həkim xatırladıb ki, miokarditin əsas əlamətləri təngənəfəslik, qəfil döş qəfəsində ağrılar və ürəyin işində pozğunluqlardır. Bu vəziyyətdə ağırlaşmalar qripdən dərhal sonra özünü göstərməyə bilər. Mənfi nəticələrin qarşısını almaq üçün ekspert KRVI-nin ilk əlamətlərində həkimlə məsləhətləşdikdən sonra müalicəyə başlamağı tövsiyə edib. Bu dövr üçün bədəni çox yükləməmək və idmanı dayandırmaq da vacibdir.
Aytən Məftun
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov

















.jpg)



















