Sağlamlıq
Şəkər xəstəliyinin qeyri-adi bir simptomu açıqlandı
Şiddətli diabet sidikdə aseton qoxusu ilə müşayiət oluna bilər ki, bu da diabetik (ketoasidotik) komanın ölümcül vəziyyətindən əvvəl baş verə bilər.
Publika.az xəbər verir ki, bunu "Lenta.ru"ya uroloq, tibb elmləri doktoru Aleksandr Lubennikov deyib.
“Koma qanda keton cisimlərinin toplanması və onların mərkəzi sinir sisteminə təsiri, orqanizm tərəfindən elektrolit və mayelərin itirilməsi nəticəsində yaranır. Həmçinin insulin qəbulunun dayandırılması və ya azalması yoluxucu xəstəliklər, əməliyyatlar və stresli vəziyyətlər onu təhrik edə bilər. Tez-tez və bol sidiyə çıxmaq, susuzluq, ürəkbulanma və qusma da bu xəstəliyin əsas əlamətləri arasındadır. Sidikdə aseton qoxusunu hiss edirsinizsə, dərhal həkimə müraciət etməlisiniz”, - Lubennikov bildirib.
Həkim bildirib ki, bənzər bir qoxu ağır yorğunluq və ya stress nəticəsində də meydana gələ bilər, lakin bu vəziyyət istirahət və bədənin bərpası ilə düzəldilə bilər.
Aytən Məftun
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi















.jpg)





















