Sağlamlıq
Həkim həyəcan siqnalı çaldı: "Bu yaşdan sonra..."
20 yaşdan etibarən bütün insanlar hər il əzələ kütləsinin həcmini itirməyə başlayır. Bunun faizi insanın fiziki aktivlik dərəcəsinə bağlıdır.
30 yaşdan sonrakı on il təxmini 2 faiz itki. 40 yaşdan sonrakı on il təxmini 4 faiz, 50 yaşdan sonrakı on ildə təxmini 6 faiz itki olur! 60 yaşdan yuxarı sürət daha da artır.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, yaşla bağlı olaraq əzələ kütləsinin itirilməsinə sarkopeniya deyilir.
"Ən böyük əzələ qrupları ayaqlarda və kürəkdədir. Ayaqların zəifləməsi tez yorulmağa, o isə öz növbəsində gündəlik hərəkətin getdikcə azalmasına, daha çox oturmaq, uzanmaq istəmənizə səbəb olur. Bu isə piy faizinin artmasına gətirir. Əzələ kütləsi itirməyinizə baxmayaraq, piy faizi artdığı üçün ümumi çəkiniz getdikcə artmağa meyilli olur. Xüsusən orqanların arasına yığılan visseral piy gələcəkdə ürək-damar xəstəlikləri yaradır. Yaşlı adamların tez-tez yıxılması, travma alması da ayaq əzələlərinin gücü və həcminin azalmasına görədir.
Sarkopeniya nəticəsində bütün bədəndə olduğu kimi, kürək əzələləri də zəifləyir, bu, ilk olaraq insanın qamətini pozur. Xüsusən komputer və smartfonlarla çox işləməyimiz boyun düzləşməsini tezləşdirir. Təkcə boyunda yox, əzələlərin zəifləməsi onurğanın müxtəlif şöbələrində protruzya və yırtıqlara səbəb olur. Odur ki, bir gün səbəbi bilinməyən bel, qol ya kürək ağrılarına görə yoxlananda onurğa yırtığı aşkarlanması heç də təəcüblü deyil".
Həkim daha sonra vurğulayıb ki, əzələ itkisinin qarşısını almaq, hətta bərpa etmək mümkündür:
"Əzələ kütləsinin itirilməsini minimuma endirmək üçün protein ağırlıqlı yeməklər, omega 3 qəbulu, ən əsas isə idmanla məşğul olmaq məcburidir.
İndiki dövrdə heç kimin idmana getməyə vaxtı yoxdur. Amma vaxt ayırmalıyıq, başqa yol yoxdur".
Aytən Məftun
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
















.jpg)

.jpg)






















