Sağlamlıq
Botoks qadınları bu xəstəliklərdən xilas edir
Yüksək dərəcədə hipertrofiyaya uğramış çeynəmə əzələsi bir sıra problemlərə səbəb ola bilər ki, bu da öz növbəsində istənilmədən gecələr dişləri qıcamağa (bruksizm), həmçinin dişlərin boşalması, minada çatlar, tinnitus, hətta miqren kimi bir sıra başqa problemlərə səbəb olur.
Publika.az xəbər verir ki, bu sözləri plastik cərrah, kosmetoloq Nadejda Petraş Ura.ru-ya müshaibəsində bildirib. Mütəxəssis hesab edidr ki, botoks bruksizmin öhdəsindən gəlməyə kömək edir:
“Botulinum toksini ilə tək korreksiya ilə sağalmaq olar, lakin təəssüf ki, həmişə belə olmur. Bəzən daha yaxşı nəticə əldə etmək üçün diş həkimi konsultasiyası lazımdır, hətta xəstənin vəziyyətindən asılı olaraq əlavə olaraq ortodont müalicəsi də təyin oluna bilər.
Yüksək dərəcədə hipertrofiyaya uğramış çeynəmə əzələsi bir sıra görmə problemləri də yaradır. Nəticədə üz geniş görünür və kvadrat formasını alır. Belə xüsusiyyətlər qadını zərif göstərmir, əksinə çox kobud forma alır. Vizual qüsurları düzəltmək üçün botulinum toksin inyeksiyalarından istifadə olunur ki, bu da üzün ovalını daha yumşaq və incə etməyə kömək edir.
Botulinum toksin terapiyasının tətbiqi anesteziya altında həyata keçirilir. Dərman həkim tərəfindən əvvəlcədən təyin edilmiş işarələrə uyğun olaraq çeynəmə əzələlərinə yeridilir.
Qan xəstəlikləri, dekompensasiya mərhələsində şəkərli diabet, hamiləlik və laktasiya, onkologiya, həmçinin HİV xəstəlikləri prosedura əks göstərişdir, botulinum toksininə qarşı dözümsüzlük isə əhalinin 1% -ində rast gəlinir", - plastik cərrah vurğulayıb.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


