Sağlamlıq
Arıların ayaqlarında daşıdığı MÖCÜZƏ
Arı məhsulları həm qida kimi istehlak edilir, həm də xalq təbabətində geniş istifadə olunur. Arı məhsulları dedikdə ağıllara ilk növbədə bal, arı südü kimi qidalar gəlir. Amma arı çörəyi kimi tanınan qida da belə məhsullara daxildir və insan orqanizminə olduqca faydalıdır.
Publika.az arı çörəyinin faydalarını təqdim edir:
Arı çörəyi təbii vitamin və mineral mənbəyidir. Ona eyni zamanda güləm də deyilir.
- Mədə və bağırsaq florasını tənzimləyir, zehni fəaliyyəti artırır;
- Uşaqların sağlam böyümə və inkişafına müsbət təsir edir;
- Həzm sistemini tənzimləyir;
- Allergik reaksiyaları azaldır;
- Qandakı xolesterol səviyyəsini nizamlayır.
Bütün bunlardan əlavə güləm qaraciyər xəstəliklərində, mədəaltı vəzi xəstəliklərində, anemiya, hormonal disbalans, fiziki və zehni gerilik, immun zəifliyi, beyin qan dövranı pozulması, xroniki yorğunluq sindromu, davamlı infeksiyalar və s. zamanı effektiv təsir göstərir. Tərkibi çiçək tozundan ibarətdir. Çiçək tozu özü dəmirlə zəngin olduğundan bir çox xəstəliklərə faydalıdır. Tərkibində K və B vitamini olan Güləmdən, qan azlığında, əməliyyatdan sonrakı dövrlərdə, şəkərli diabet və endemik zobun müalicəsində də geniş istifadə edilir.
Necə hazırlanır?
Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsu yaranır, özündə arı südü, propolis və balın xüsusiyyətlərini birləşdirir. Onu "arı çörəyi"- güləm və ya perqa da adlandırırlar.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





