Sağlamlıq
Dərmansız 150 il yaşamaq mümkündürmü?
Apteklərin rəflərində asanlıqla hər hansı bir homeopatik vasitə tapa bilərsiniz - burun tıxanması, boğaz ağrısı və mədə üçün. Bəs bu cür vasitələrə etibar etməyə dəyərmi?
Publika.az xəbər verir ki, Yelena Solomatina və psixoloq Svetlana Kolosova "Вечерняя Москва"ya verdikləri müsahibədə bu barədə danışıblar.
Solomatina hesab edir ki, ənənəvi müalicədən şüurlu şəkildə imtina edildikdə homeopatiyaya müraciət edilir. Amma zərərli məsləhətlər ilə xəstələri aldadan şarlatan həkimlər də az deyil.
Onun fikrincə, homeopatiya ənənəvi tibblə birlikdə istifadə edilərsə, o zaman zərər verməyəcək.
Psixoloq Kolosova öz növbəsində bəzi qeyri-ənənəvi dərmanların həddindən artıq dozasının böyrəklərə və ya digər orqanlara zərər verə biləcəyi barədə xəbərdarlıq edib.
Psixoloq bildirib ki, həkim tövsiyəsi olmadan homeopatik dərman preparatlarında istifadə nəticəsində sağlamlığına ciddi zərər verən kifayət qədər xəstə ilə qarşılaşıb. O, bədəndəki turşulaşmadan xilas olmaq və qələvi balansı yaxşılaşdırmaq üçün soda və ya sirkə içmək məsləhətini təhlükəli hesab edib.
"Əgər bu cür vasitələrdən istifadə effektiv olsaydı, o zaman biz belə müalicə və profilaktika üsullarına güvənərdik və heç kəsin səhhətində problem yaranmazdı. Ona görə də "tibb bizdən nəyisə gizlədir, qeyri-ənənəvi üsullar isə ömrü 150 yaşa qədər uzadır" kimi bütün reklam şüarları çox təhlükəlidir və onlara etibar etməyə dəyməz. Bu, çox vaxt müxtəlif faciəvi nəticələrə gətirib çıxarır", - ekspert izah edib.
Homeopatiya nədir?
Homeopatiya qədim müalicə növüdür. Tibbi istiqamət kimi 18-19-cu əsrlərdə formalaşmağa başlayıb. Onun əsasını alman həkimi Honemanın qoyduğu hesab edilir. Belə ki, o, apardığı müşahidələr və təcrübələr nəticəsində aşkar edib ki, eyni maddələr yüksək dozada xəstəlik, hətta ölüm törədə bilirsə, kiçik dozalarda isə əksinə, həmin maddələr orqanizmi sağaltmaq qabiliyyətinə malikdirlər. Bəziləri homeopatiyanı dərman bitkiləri ilə müalicənin bir növü hesab edirlər. Əslində isə homeopatik preparatları istənilən təbii mineral, bitki və heyvani mənşəli xammaldan-mineral, turşu, üzvi maddələr və həmçinin bitkilərdən hazırlayırlar.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


